Prezident Miloş Zeman Milli Məclisdə olub

Çex Respublikasının Prezidenti Miloş Zeman sentyabrın 16-da Milli Məclisdə olub.

Dövlət başçısı əvvəlcə parlamentin iclas zalları ilə tanış olub. Ali qonaq deputatlar üçün yaradılmış iş şəraitini yüksək qiymətləndirib.

Sonra Çexiya Prezidenti parlamentdəki Heydər Əliyev xatirə zalına baxıb, xatirə kitabına ürək sözlərini yazıb.

Daha sonra Çex Respublikasının Prezidenti Miloş Zeman və Milli Məclisin sədri Oqtay Əsədov arasında görüş keçirilib. Oqtay Əsədov görüşdə ölkələrimizin yüksək səviyyədə olan əlaqələrindən geniş söhbət açıb. Milli Məclisin sədri Azərbaycanın Çexiya ilə münasibətlərin daha da möhkəmləndirilməsinə böyük önəm verdiyini deyib. O, əlaqələrin inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin, görüşlərinin mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Milli Məclisin sədri parlamentlərarası əməkdaşlıqdan da razılıq ifadə edərək qanunverici orqanlardakı dostluq qruplarının əlaqələrinin yüksək səviyyədə olduğunu bildirib. O, Çexiya parlamenti Deputatlar Palatasının xarici əlaqələr komitəsinin Xocalı soyqırımı haqqında qərar qəbul etməsinin Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini deyib.

Söhbət zamanı bildirilib ki, Bakıda Azərbaycan ilə Çexiya arasında imzalanan strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə ölkələrimiz arasında əməkdaşlığın inkişafında əsas yaradan hüquqi bazanı möhkəmləndirəcək.

Oqtay Əsədov sentyabrın 10-da Avropa Parlamentində Azərbaycanla bağlı qəbul olunmuş qərəzli, ədalətsiz qətnamənin ölkəmizdə narazılıqla qarşılandığını deyib, bununla bağlı parlamentin növbədənkənar sessiyasının keçirildiyini və müvafiq qərar qəbul edildiyini ali qonağın diqqətinə çatdırıb.

Azərbaycana rəsmi səfərinin əhəmiyyətindən danışan Çexiya Prezidenti Miloş Zeman səfər zamanı olduqca məhsuldar müzakirələrin aparıldığını, vacib sənədlərin imzalandığını bildirib. Çexiya və Azərbaycan parlamentləri arasında əlaqələrin inkişafından məmnunluğunu bildirən Prezident Miloş Zeman bu səfərin münasibətlərimizin daha da möhkəmlənməsinə mühüm töhfə verəcəyinə əminliyini bildirib.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında