Yeni Azərbaycan Partiyası: Avropa Parlamentinin növbəti antiazərbaycan qətnaməsi Avropa ictimaiyyətinin fikrini əks etdirmir

 Yeni Azərbaycan Partiyası Avropa Parlamentinin bir qrup deputatının növbəti antiazərbaycan bəyanatından böyük təəssüf hissi keçirir. Regional Parlament Assambleyasının prosedur qaydalarından sui-istifadə edərək müstəqil bir ölkənin vaxtaşırı hədəfə götürülməsi heç də qarşılıqlı əməkdaşlığa və səmimi münasibətlərə dəstək verən siyasət hesab edilə bilməz.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Yeni Azərbaycan Partiyasının Avropa Parlamentinin qəbul etdiyi antiazərbaycan qətnaməsi ilə bağlı yaydığı bəyanatda öz əksini tapıb.

Bəyanatda qeyd olunur ki, Azərbaycanda gedən proseslərə obyektiv qiymət verməkdən uzaq duraraq bir qisim avroparlamentari mütəmadi olaraq ölkəmiz barədə qarayaxma kampaniyasına dəstək verir. Azərbaycanın demokratik, hüquqi dövlət quruculuğu, insan hüquq və azadlıqlarının təmin edilməsi, neft kapitalının insan kapitalına çevrilməsi sahəsində fəaliyyətinə göz yumulur, onun Avropa dəyərlərinə olan inamı sarsıdılmağa çalışılır, Azərbaycan torpaqlarının bir hissəsinin qonşu Ermənistan tərəfindən işğal edilməsi faktı və bir milyona yaxın qaçqın problemi nədənsə unudulur. 

Ölkəmizdə siyasi plüralizm və demokratiyanın qərarlaşmasının, mətbuatın azad inkişafı üçün yaradılan şəraitin nəzərə alınmamasının Avropa Parlamentinin Azərbaycana qarşı mövqeyinin qərəzliliyi və qeyri-obyektivliyinin nəticəsi kimi dəyərləndirilən bəyanatda qeyd olunur ki, Azərbaycanın daxili siyasətinə qərəzli qiymət verməyə cəhd göstərilməsi Avropa Parlamentinin siyasətinə çevrilib və bu, Azərbaycan xalqının haqlı narazılığına səbəb olur.

Bəyanatda daha sonra qeyd olunur: “Rəğbət bəslədikləri bir neçə nəfər məhbusun təcili həbsdən azad edilməsi çağırışı Azərbaycanın daxili işlərinə qarışmaqla yanaşı, hüquq anlayışını nüfuzdan salan bir addımdır. Xarici ölkələrin xüsusi xidmət orqanları ilə əməkdaşlıqda, mənbəyi naməlum çirkli pullar hesabına qeyri-qanuni sahibkarlıqla məşğul olmaqda ittiham edilənlərin müdafiəsinə qalxmaq Avropa Parlamentinin bəzi üzvlərinin özəl maraqlarından xəbər verir.

Yeni Azərbaycan Partiyası inanır ki, Avropa Parlamentinin növbəti antiazərbaycan qətnaməsi heç də Avropa ictimaiyyətinin fikrini əks etdirmir. Biz məlum qətnaməni Azərbaycanın müstəqil dövlət quruculuğundakı uğurlarından narahat olan dairələrin siyasi qıcıqlanmasından irəli gələn isterik hərəkət kimi qiymətləndiririk.

YAP bəyan edir ki, Avropadakı antiazərbaycan dairələrinin cəhdlərinə baxmayaraq, Azərbaycan demokratiya, insan hüquqlarının qorunması, müstəqil xarici və daxili siyasət kursunu qətiyyətlə davam etdirəcək".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında