Azərbaycan nümayəndə heyəti Almaniyada konfransda iştirak etmişdir

Aprelin 9-dan 11-dək Almaniyanın Kil şəhərində "Azərbaycan, Qazaxıstan və Rusiyada xarici investisiyalar hüququ" layihəsi üzrə yekun elmi-praktiki konfrans keçirilmişdir.
Müvafiq layihəni Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnsan Hüquqları, Demokratiya və Sülh Problemləri üzrə YUNESKO Mərkəzi, Almaniyanın Kil Universitetinin Şərqi Avropa Hüququ İnstitutu, Əl-Fərabi adına Qazax Milli Universiteti və Rusiya Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutu birgə həyata keçirir.
Layihə çərçivəsində birinci konfrans 2008-ci ilin noyabrında Bakıda, ikincisi 2009-cu ilin mayında Almatıda, üçüncüsü isə noyabrda Moskvada keçirilmişdir.
Alim və mütəxəssislərin iştirak etdikləri yekun konfransda ölkəmizi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnsan Hüquqları, Demokratiya və Sülh Problemləri üzrə YUNESKO Mərkəzinin müdiri, layihənin milli nümayəndəsi Cahangir Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etmişdir.
Beynəlxalq tədbirdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı müzakirələr aparılmışdır.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında