Millət vəkili: Qərb Avropa Şurası və Avropa Parlamentindən təzyiq aləti kimi yararlanmağa çalışır

Avropa Parlamentində Azərbaycanla bağlı qətnamənin  qəbulu gözlənilən idi. Ölkənin daxilində özünü Qərbin siyasi aləti kimi aparan qüvvələrdən bir çoxu sıradan çıxdığından Avropa Parlamenti özü, tərəfə çevrilib, Azərbaycan hakimiyyəti ilə real mübarizə müstəvisinə keçib”.

Bunu APA-ya açıqlamasında Avropa Parlamentinin (AP) Azərbaycanla bağlı qəbul etdiyi qətnaməyə münasibət bildirən millət vəkili Zahid Oruc deyib.

 Z.Oruc qeyd edib ki, o, bu mövqenin davam edəcəyinə şübhə eləmir: “Bunun səbəbləri heç bir halda Azərbaycanın daxili həyatına bağlı deyil. Daha çox geopolitikdir və uzun müddətdən bəri Avropa dairələrinin ölkəmizdən gözləntilərinin reallaşmamasıdır”.

Millət vəkilinin sözlərinə görə, qətnamədəki çağırışlar heç bir halda demokratiya faktoruna bağlı deyil: “Qərb Azərbaycanın siyasi və iqtisadi kursuna, beynəlxalq əlaqələrinə təsir etmək üçün Avropa Şurası və Avropa Parlamentindən təzyiq aləti kimi yararlanmağa çalışır”.

 Z.Oruc deyib ki, bu qətnamə əslində Bakıda yazılıb: “Bu, o ölkələrin buradakı səfirliklərində çalışanların ötən dövr ərzində müxalif partiyalara hər gün göndərilən təlimatların, tezislərin, qəzetlərdəki “vur!” əmrinin, kəşfiyyat və agentura məlumatlarının bu dəfə Avropa Parlamentinə göndərilib, ordan oxunmasıdır “.

Deputatın fikrincə, AP-nin mövqeyi Azərbaycana təzyiq xarakterlidir: “Qətnamədə qeyd olunan sanksiyalar İran və Kuba kimi ölkələrin üzərindən götürüldükdən sonra əgər işğala məruz qalmış Azərbaycana tətbiq olunsa, bu, Avropa Parlamentində özünü demokratik amallar ilə çalışdığını göstərən parlamentarların hansı təfəkkür daşıdıqlarının göstəricisi olacaq. Belə çıxır ki, işğalçı daha çox mükafatlandırılır, nəinki işğaldan zərər çəkən. Əgər bu qətnamənin niyyəti demokratiyadırsa, bu gün Avropaya həyati qurbanlar bahasına axışan suriyalıların vəziyyəti bunun nəticəsinin əyani göstəricisidir. Silah üzərində yayılan demokratiyanın son nəticəsi artıq bəllidir”.

Deputat bildirib ki, bu kimi sənədlər bizi ölkənin bəlli siyasi kursundan çəkindirə bilməz.

Qeyd edək ki, AP Azərbaycanla bağlı qətnamə qəbul edib. Qətnamənin lehinə 365, əleyhinə 202 parlamentar səs verib, 72 nəfər bitərəf qalıb. Qətnamədə parlamentarlar Avropa İnsan Haqları Məhkəməsinin qərarlarına uyğun olaraq insan haqları müdafiəçilərinin, jurnalist və digər vətəndaş cəmiyyəti fəallarının tez və şərtsiz azad edilməsinə çağırıblar.

 Qətnamədə Azərbaycan hökuməti universal insan haqlarına hörmətlə yanaşmağa, tələblər yerinə yetirilməyənə qədər Strateji Əməkdaşlıq Razılaşması üzrə danışıqların dayandırılmasına çağırılır. Parlament Avropa Komissiyasını insan haqları, vətəndaş cəmiyyəti və Avropa Qonşuluq siyasəti çərçivəsində Azərbaycana insanlararası münasibətlərə dair kütləvi layihələri çıxmaq şərti ilə maliyyə ayrılmasını yenidən nəzərdən keçirməyə çağırıb.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında