Avropa Şurası Parlament Assambleyasının Xüsusi Komitəsinin Seçkiqabağı Missiyasının üzvləri Mərkəzi Seçki Komissiyasında olmuşlar

Oktyabrın 19-da Avropa Şurası Parlament Assambleyasının (AŞPA) noyabrın 7-də Azərbaycan Respublikasında keçiriləcək parlament seçkilərinin müşahidəsi üzrə Xüsusi Komitəsinin rəhbəri Pol Villin başçılıq etdiyi seçkiqabağı missiyanın üzvləri Mərkəzi Seçki Komissiyasında (MSK) sədr Məzahir Pənahovla görüşmüşlər.
MSK-dan bildirmişlər ki, M.Pənahov AŞPA müşahidəçilərinin qarşıdan gələn parlament seçkilərində müşahidəçilik missiyasını həyata keçirəcəklərindən məmnun olduğunu qeyd etmişdir.
Missiyanın rəhbəri seçkilərdə müşahidəçilik institutunun önəmli olduğunu və MSK-nın seçkilərin keçirilməsində vacib rol oynadığını demişdir.
Nümayəndə heyətinin rəhbəri ölkədəki seçkiqabağı vəziyyətlə maraqlanmışdır.
MSK-nın sədri qonaqları ölkədəki seçkiqabağı durum barədə məlumatlandırmış və rəhbərlik etdiyi qurumun seçkilərin hazırlanıb keçirilməsi ilə bağlı gördüyü işlərdən danışmışdır. Vətəndaşların fəal seçki hüququnun təmin edilməsi üçün lazımi işlərin görüldüyünü qeyd edən M.Pənahov ölkədəki seçki məntəqələrinin səsverməyə tam hazır vəziyyətə gətirilməsi üçün bütün qanuni addımların atıldığını diqqətə çatdırmışdır. O bildirmişdir ki, şəffaflığın təmin edilməsi məqsədilə müşahidəçilik üçün quruma müraciət edən şəxslərin hamısına müsbət cavab verilmişdir. Ötən seçkilərin təcrübəsinə əsaslanaraq demək olar ki, qarşıdan gələn seçkiləri on minlərlə müşahidəçi izləyəcəkdir. KİV nümayəndələrinin seçki məntəqələrindən informasiya əldə etmələri üçün də hər cür şərait yaradılacaqdır.
Qonaqların suallarını cavablandıran M.Pənahov MSK-nın həyata keçirdiyi irimiqyaslı maarifləndirmə proqramı haqqında ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, Ermənistanın təcavüzü nəticəsində doğma yurd-yuvalarından didərgin düşmüş Azərbaycan vətəndaşlarının fəal seçki hüquqlarının təmin edilməsinin çətin olmasına baxmayaraq, MSK məcburi köçkünlərin səsverməsi üçün bütün lazımi şəraiti yaratmışdır.
Missiyanın üzvləri ətraflı məlumata görə, Mərkəzi Seçki Komissiyasının sədrinə təşəkkürlərini bildirmiş və qarşıdan gələn parlament seçkilərində uğurlar arzulamışlar.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında