“Nezavisimaya qazeta” erməni separatçılarının “bayram” əhvalını korladı

Erməni separatçıları Dağlıq Qarabağın qondarma “müstəqilliyi”nin 24 illiyini qeyd etdiyi bir gündə - sentyabrın 2-də Rusiyanın nüfuzlu “Nezavisimaya qazeta” nəşri işğalçıların əhvalını korlayan məqalə ilə çıxış edib.

Azərbaycan Prezidenti Administrasiyasının sektor müdiri Fuad Axundovun erməni yalanlarını ifşa edən geniş yazısında rəsmi İrəvanın uzun illər erməni ictimaiyyətindən gizlətdiyi tarixi faktlar və ilkin mənbələr açıqlanır.

Bildirilir ki, hazırda dünya elmi ilə erməni tarixşünaslığı arasında böyük bir uçurum yaranıb. Lakin hətta erməni mənşəli dünya alimləri belə Ermənistanın dəhlizlərində uydurulan yalançı tarixin təbliğindən imtina etdiyi bir vaxtda, rusiyalı politoloq Anton Yevstratov avqustun 19-da “Nezavisimaya qazeta”da yer almış məqaləsində bu yalanları yaymağa çalışıb.

Elə bu səbəbdən Fuad Axundov qərara gəlib ki, tarixi həqiqətləri əks etdirən bir sıra danılmaz faktları məhz “Nezavisimaya qazeta” vasitəsilə açıqlasın.

Söhbət o faktlardan gedir ki, onlara görə ötən əsrin əvvəlində Ermənistan Elmlər Akademiyasına rəhbərlik etmiş akademik İosif Orbeli öz  kitabının bütün tirajını çapdan çıxar-çıxmaz məhv etməli olmuşdu. Elmi dairələrin 100 ilə yaxın idi ki, itmiş hesab etdiyi bu əsər, ilk dəfə olaraq, bir neçə il bundan əvvəl Fuad Axundov tərəfindən Sankt-Peterburq arxivlərində tapılaraq, ictimailəşdirilib.

Həmin faktlara istinad edən Prezident Administrasiyasının sektor müdiri vurğulayır ki, rusiyalı politoloq Azərbaycanın işğal altında olan torpaqlarında yerləşən Qanzasar alban məbədini “orta əsrlərdə Ermənistanın dini və siyasi mərkəzi” adlandırmaqla, kobud tarixi saxtakarlığa yol verib.

“Əgər Qanzasar, doğrudan da, ermənilərin siyasi və dini mərkəzi idisə, bəs onda Eçmiadzin və ya Vaqarşapat harada idi?”, – deyə F.Axundov soruşur və əlavə edir ki, orta əsrlərdə erməni dini mərkəzi buradan minlərlə kilometr uzaqda, Kiçik Asiyada, elə ermənilərin özlərinin yaşadıqları Fərat çayının sahillərində yerləşib.

Hətta ermənilərin indiki dini mərkəzi olan Eçmiadzin belə üç məbəddən ibarət Alban kilsəsinin xarabalıqlarında yaradılıb. Təsadüfi deyil ki, Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi hökmdarlarının bütün fərmanlarında həmin ərazi “Azərbaycan ölkəsində yerləşən Üçkilsə” adlandırılır. Bu sənədlər uzaqda deyil, elə Ermənistanın özündə - əlyazmalar institutu Matenadaranda saxlanılır və onları vaxtilə erməni alimi Papazyan üzə çıxarıb.

Əgər Qanzasar, Yevstratovun iddia etdiyi kimi, erməni siyasi və dini mərkəzi olubsa, onda necə olub ki, o, Azərbaycan ərazisində yerləşib?!

Görünür, rusiyalı politoloqun rus imperatorları Birinci və İkinci Pyotr və Birinci Pavelin fərmanlarından da xəbəri yoxdur. Olsaydı, bilərdi ki, onların bütün fərmanlarında bu ərazilər Azərbaycan adlandırılıb. Bütün bunları Yevstratovun diqqətinə çatdıran Fuad Axundov ilk dəfə olaraq həmin fərmanların surətini də açıqlayıb. 

Məqalənin orijinalı ilə http://www.ng.ru/ng_religii/2015-09-02/7_orbel.html ünvanında tanış olmaq olar.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında