AŞPA-nın sədri Mövlud Çavuşoğlu Gəncədə və Göygöl rayonunda olmuşdur

Azərbaycanda rəsmi səfərdə olan Avropa Şurası Parlament Assambleyasının sədri Mövlud Çavuşoğlu aprelin 15-də Gəncəyə gəlmişdir.
Qonaq əvvəlcə şəhərin baş meydanında ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, heykəl önünə tər çiçəklər qoymuşdur. Şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov belə bir mötəbər qonağı Gəncədə görməkdən məmnunluq duyduğunu bildirmiş, qədim şəhərin tarixi haqqında ətraflı məlumat vermişdir. Söhbət zamanı AŞPA-nın Avropa siyasi məkanında oynadığı əhəmiyyətli roldan danışan sədr bu siyasi qurumun Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllində də gərəkli addımlar atacağını bildirmişdir.
Səfərinin məqsədi ilə bağlı jurnalistlərin suallarını cavablandıran Mövlud Çavuşoğlu demişdir: "Biz səfər etdiyimiz ölkələrdə paytaxt şəhərlərlə yanaşı, digər bölgələrdə də oluruq. Bu mənada Bakıdan sonra Gəncəyə gəlmək istədim. Azərbaycanda çox olmuşam. Müxtəlif bölgələri gəzmişəm. Amma bu, Gəncəyə ilk gəlişimdir. Şəhəri gəzəcək, müxtəlif tarixi yerlərdə olacağam".
Avropa Şurasının Dağlıq Qarabağ probleminin həllində ikili mövqeyi ilə bağlı jurnalistlərin sualını cavablandıran sədr belə standartlardan narahatlıq duyduğunu bildirmiş, problemin həllində ədalətli olmağın vacibliyini xüsusi vurğulamışdır.
Mövlud Çavuşoğlu demişdir: "Dağlıq Qarabağ probleminin həlli ilə bağlı Avropa Şurasında Alt Komissiya qurmaq istəyirik. Bunun başlıca məqsədi parlament diplomatiyası yolu ilə məsələnin həllinə kömək etməkdir".
Azərbaycanda qarşıdan gələn parlament seçkiləri ilə bağlı AŞPA sədri həm ölkə rəhbərliyinin, həm də AŞPA-nın bu seçkilərin ədalətli, demokratik və şəffaf keçməsində maraqlı olduğunu xüsusi vurğulamşdır.
Gəncə ilə tanış olan AŞPA sədri şəhərin baş meydanını gəzmiş, buradakı qədım tarixi memarlıq abidələri - Şah Abbas məscidi və Cavad xanın məqbərəsində olmuşdur.
Sonra qonaq dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin məqbərəsini ziyarət etmiş, xatirə kitabına ürək sözlərini yazmışdır.
Günün ikinci yarısında Göygöl rayonu ilə də tanış olan M.Çavuşoğlu axşama yaxın Bakıya yola düşmüşdür.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında