Beynəlxalq təşkilatlar Ermənistanın təcavüzünə son qoyulması üçün səylərini artırmalıdırlar

Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Bahar Muradova oktyabrın 15-də ölkəmizdə səfərdə olan ATƏT PA sədrinin müavini, qurumun seçkiqabağı müşahidə missiyasının rəhbəri Volfqanq Qrossrukun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Azərbaycan ilə ATƏT PA arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan B.Muradova demişdir ki, Azərbaycan dövləti iqtisadi inkişafla yanaşı, demokratiyanın möhkəmlənməsinə də xüsusi önəm verir. Bu baxımdan qarşıdakı parlament seçkilərinin azad, ədalətli, şəffaf keçirilməsinə böyük diqqət yetirilir.
Noyabrın 7-də keçiriləcək parlament seçkilərinə namizədlərin qeydə alınması başa çatmış, təbliğat-təşviqat kampaniyasına başlanılmışdır. Lakin, Ermənistanın torpaqlarımızın 20 faizindən çoxunu işğal etməsi səbəbindən seçkilərin Azərbaycanın bütün ərazilərində keçirilməsini təmin edə bilmirik. Bunun səbəbi Ermənistanın təcavüzkar siyasəti və Azərbaycanın Dağlıq Qarabağ bölgəsini, onun ətrafındakı 7 rayonu işğal altında saxlamasıdır. Beynəlxalq təşkilatlar Ermənistanın təcavüzünə son qoyulması üçün səylərini artırmalıdırlar.
Görüşdə ATƏT PA sədrinin müavini, müşahidə missiyasının rəhbəri Volfqanq Qrossruk göstərilən qonaqpərvərliyə görə minnətdarlıq etmiş, Azərbaycanın ATƏT-lə əlaqələrindən danışmışdır. Qonaq demişdir ki, Azərbaycan çox böyük sürətlə inkişaf edir. Bakı günbəgün gözəlləşir, insanların həyat şəraiti yaxşılaşır.
ATƏT PA-nın sədr müavini qarşıdakı parlament seçkiləri ilə əlaqədar fikirlərini bölüşmüş, noyabrın 7-də ölkəmizdə azad və ədalətli seçkilərin keçiriləcəyinə ümidvar olduğunu bildirmişdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında