Hər dəfə erməni informasiya portallarını nəzərdən keçirəndə erməni strateqlərinin olduqca konkret siyasi vəzifələrin reallaşdırılmasında mədəni amillərlə necə peşəkarcasına hoqqabazlıq etmələri ilə təkrar-təkrar rastlaşırsan.
Həmin saytlardakı materialları diqqətlə oxuduqda o saat aydın olur ki, onlar bütün səylərini tarixi və konkret faktları saxtalaşdırmağa yönəldiblər.
Başqa sözlə, onlar bugünkü mövcud vəziyyətdən daha çox, guya tarixlərində olmuş hadisələrdən danışırlar. Onların hakimiyyətini başa düşmək olar, bugünkü vəziyyətin - maniakal iddiaların və Azərbaycan torpaqlarının qanunsuz işğalının bilavasitə nəticəsi olduğunu etiraf etmək çox çətin, tarixi uydurmaq isə daha asandır.
Bunun nəticəsidir ki, bu ölkə Azərbaycan hökumətinin təşəbbüskarı olduğu bütün regional layihələrdən kənarda qalıb.
Bəli, bu mövzuya dəfələrlə müraciət etmişik. Lakin bu, çox azdır. Onların mədəni-tarixi saxtalaşdırma siyasəti böyük tarixə və dərin köklərə malikdir.
Əslində, bu ölkənin təkcə tarixi deyil, həm də dövlətçilik ideologiyası da saxtakarlıq üzərində qurulub.
Kiçik, amma məzmununa görə olduqca açıq və sənədlərə əsaslanan bir misal çəkəcəyəm. A. Qriboyedovun rus imperatoruna göndərdiyi məktubdan bir parçaya diqqət yetirək: “Zati-aliləri, mərkəzi rus torpaqlarında ermənilərin məskunlaşmasına icazə verməyin. Onlar elə bir tayfadırlar ki, bir neçə onillik burda yaşayıb, sonra bütün dünyaya car çəkməyə başlayacaqlar ki, bu bizim atalarımızın və əcdadlarımızın torpaqlarıdır”.
O qədər ifadəlidir ki, bu sözləri şərhsiz qoymaq olar. Lakin fakt faktlığında qalır: yalan, saxtalaşdırma və təbliğat - erməni dövlətçiliyinin ideoloqlarının ən çox sevdiyi metodlardır. Tarixdə bu cür konkret misallar kifayət qədərdir. Bu xalqın milli xüsusiyyətlərini səciyyələndirən sənədli sübutlar da var. Misal üçün, V.Mayakovskinin bu xalqın xüsusiyyətləri haqqında məşhur fikirləri kimi parlaq şərhlər. Əlbəttə, siyasi etika baxımından onların üstündən keçmək olar, lakin bu faktların tarixdən silinməsi mümkün deyil. Bu ölkənin istənilən informasiya portalında ən azı beş analitik materialdan birinin “soyqırımına”, ölkənin “zəngin” tarixinə və sıravi erməni xalqının qarşılaşmaq məcburiyyətində qaldığı bütün problemlərdə Azərbaycanın təqsirləndirilməsinə həsr edilməsi də məhz erməni həyasızlığının təzahürüdür.
Tarix sübut edir ki, əsasında məhz mədəni-dini amillərin yer aldığı münaqişələr ən uzun sürən və prinsipial olurlar. Məhz bu amillər münaqişələrin uzunömürlülüyünü təmin edir və münaqişə predmetinin tədricən “ümummilli paranoyya”ya çevrilməsinə səbəb olur. “Daşnaksütyun” siyasəti və ideologiyası bu ehtimalın ideal sübutudur. Qeyd olunan amil Dağlıq Qarabağ münaqişəsinin təhlili zamanı heç bir halda diqqətdən qaçırılmamalıdır.
Hətta ehtimal etmək olar ki, erməni siyasətinin əsas institutları: bu ölkənin hökuməti, erməni lobbisi və erməni kilsəsidir. Bu zaman onların vaciblik dərəcəsinə və dövlət siyasətinin məzmununa və istiqamətinə təsir göstərmək iqtidarına görə ardıcıllığını müəyyən etmək olduqca çətindir.
Təəssüf ki, Ermənistanda hətta kilsə (Eçmiədzin-red.) belə ideoloji dayaq və siyasi vəzifələrin reallaşdırılması üzrə müəyyən bir koordinasiya mərkəzi kimi çıxış edir.
Etiraf etmək lazımdır ki, bütün bunlar — potensialını politoloq-strateqlərimizin, əfsus ki, hələ də lazımi qədər qiymətləndirmədiyi — “yumşaq güc” siyasətinin (soft power) təzahürüdür.
Bununla belə, müasir qlobal tendensiyaların xarakteri və bir sıra mövcud problemlərin həlli yollarının axtarışı onu deməyə imkan verir ki, mədəniyyətin siyasi əhəmiyyətinin artması istər Azərbaycan, istərsə də bütövlükdə qlobal beynəlxalq münasibətlər sistemi üçün qaçılmaz perspektivdir.
Siyasi mədəniyyətin perspektivliliyinə işarə edən bir neçə əsas arqumenti qeyd etməyi vacib hesab edirəm. Mədəniyyət milli ideologiyanı möhkəmləndirən özüldür, hansı ki, bütövlüyü təmin edir və mənəvi-hüquqi ruhu müəyyənləşdirir. Mədəniyyətin tənəzzülü labüddən milli ideologiyanın dağılmasına doğru aparır. Mədəniyyət, həmçinin vətənpərvərlik mənbəyidir.
Müharibə vəziyyətində olan bir ölkə üçün vətənpərvərlik – müstəsna əhəmiyyətli keyfiyyətdir. Mədəniyyət ölkənin beynəlxalq imicinin formalaşmasında əsas vasitə kimi çıxış edir.
Burada beynəlxalq müttəfiqlərin sayının artırılması uğrunda mübarizədə dövlətin xarici görünüşünün rolunu xatırlatmaq lazımdır, bu da diplomatiyanın strateji vəzifəsidir. Xalqın mədəni yaddaşı - qloballaşma və total unifikasiya şəraitində özünəməxsusluğun qorunub saxlanılmasında əvəz-
edilməz amildir. Əslində, mədəniyyət nəsillərin varisliyini təmin edir, modernləşmənin və özünütəşkilin universal mexanizmi rolunu oynayır . Yuxarıda sadalanan arqumentlərin, demək olar ki, hər biri Azərbaycan siyasi gerçəkliyi üçün “mədəniyyət” və “mədəni mexanizmlərin” aktuallığından xəbər verir. Həmçinin o da aydın görünür ki, “soft power” saxtalaşdırmalar, yalan, mədəni irs elementlərinin mənimsənilməsi, maraqların lobbiçiliyi və özgə ərazilərinin qanunsuz işğalına yönəlmiş çoxəsrlik erməni siyasətinə qarşı mübarizədə strateji və prioritet istiqamətlərdən biri olmalıdır.
Asif USUBƏLİYEV,
Mədəniyyət və Turizm Nazirliyi
Mədəniyyətşünaslıq üzrə
Elmi-Metodiki Mərkəzinin direktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.