Azərbaycan bütün sahələrdə çox sürətlə inkişaf edir

Azərbaycanda səfərdə olan ATƏT Parlament Assambleyası sədrinin müavini, qurumun seçkiqabağı müşahidə missiyasının rəhbəri Volfqanq Qrossrukun başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 15-də Milli Məclisin sədri Oqtay Əsədovla görüşmüşdür.
O.Əsədov demişdir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra demokratik, dünyəvi və sivil dövlət quruculuğu istiqamətində mühüm addımlar atmışdır. Avropa dəyərlərinin mənimsənilməsi və Avratlantik məkana inteqrasiya dövlətimizin xarici siyasətinin əsas istiqamətlərindəndir. Bu gün biz bütün beynəlxalq təşkilatlar, o cümlədən də ATƏT və onun Parlament Assambleyası ilə səmərəli əməkdaşlıq edirik.
Milli Məclisin sədri bildirmişdir ki, demokratik dövlət quruculuğunun şərtlərindən biri də şəffaf, azad seçkilər keçirməkdir. Bu ilin noyabrında dördüncü çağırış Milli Məclisə seçkilər keçiriləcəkdir. Azərbaycan dövləti bu seçkilərin demokratik, şəffaf və azad keçirilməsi üçün lazım olan bütün normal şəraiti yaratmışdır. Vətəndaşlar tam sərbəst şəkildə öz seçimlərini edəcəklər. Biz istərdik ki, beynəlxalq müşahidəçilər də bu məsələdə obyektivlik nümayiş etdirsinlər.
Nümayəndə heyətinin rəhbəri, ATƏT PA sədrinin müavini Volfqanq Qrossruk ətraflı məlumata görə minnətdarlıq etmişdir. Azərbaycana ilk dəfə 1990-cı ilin ikinci yarısında gəldiyini xatırlayan qonaq demişdir: "Bu, mənim sizin ölkənizə beşinci səfərimdir. Bakıya hər gəlişimdə çox böyük dəyişikliklər görürəm. Azərbaycan bütün sahələrdə çox sürətlə inkişaf edir".
ATƏT PA-nın müşahidə missiyasının rəhbəri noyabrın 7-də keçiriləcək seçkilərin şəffaf, azad və demokratik olacağına əminliyini vurğulamışdır.
Sonra görüşdə qarşıdan gələn parlament seçkilərinə hazırlıq, seçkilərlə bağlı beynəlxalq və yerli müşahidəçilərin fəaliyyəti, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında