Cenevrədə Qazaxıstanın ÜTT-yə qoşulması haqqında protokol imzalanıb

İyulun 27-də Cenevrədə Qazaxıstanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) qoşulması haqqında protokol imzalanıb.

APA-nın “TASS”a istinadən  verdiyi xəbərə görə, sənəd  Qazaxıstan Prezidenti Nursultan Nazarbayev və ÜTT prezidenti Robertu Azevedu tərəfindən imzalanıb.

N.Nazarbayevin sözlərinə görə, Qazaxıstan iqtisadiyyatı ÜTT-yə üzvlüyə dair danışıqların davam etdiyi 20 il ərzində böyük struktur dəyişikliklərə məruz qalıb.

Danışıqlar dövründə  Qazaxıstan iqtisadiyyatının konfiqurasiyasının xeyli dəyişildiyini bildirən N.Nazarbayev ölkə iqtisadiyyatının daha güclü və açıq olduğunu qeyd edib: “ÜDM-in adambaşına düşən həcmi 18 dəfə artaraq Mərkəzi və Şərqi Avropa səviyyəsinə çatıb, xarici ticarətin həcmi isə 120 milyard dollara çatıb”.

Onun sözlərinə görə,  Qazaxıstan iqtisadiyyatının strukturunda da ciddi dəyişikliklər baş verib: “Belə ki, ölkədə ÜDM-in 54 faizi xidmət sektoruna məxsusdur. Qazaxıstan təbii sərvətlərlə zəngindir. Lakin biz hesab edirik ki, ölkənin xammal ehtiyatlarından asılılığı yolverilməzdir və iqtisadiyyatın strukturunu dəyişməliyik”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında