Avropa Oyunları: Qərbin qərəzli siyasəti və Bakının taktiki qələbəsi

Avropa ilə bağlı müasir dünyada belə bir stereotip yaranıb ki, avropalılar ilk növbədə həyati dəyərlərinin əsasında humanizm və tolerantlığın durduğu azadlıq və demokratiya müdafiəçisidirlər. Obyektiv olsaq, bu imici məhz avropalılar özləri yaradıblar və son onilliklərin çoxəsrlik tarixi boyunca məqsədyönlü şəkildə bunu bütün dünyaya təlqin ediblər.

Avropa tarixində antik zamanlardan bəri müasir sivilizasiyayadək bir çox kəskin dönüş nöqtələri olsa da, XX əsrin ikinci yarısından etibarən dünya Avropa İttifaqının timsalında qarşılıqlı əlaqələrin yeni formasını yaradan fərqli Avropanı gördü. Və əgər bir çox avropalı alim dünya müharibələri fonunda “Avropanın qürubu”nu və elə həmin Almaniyada totalitar rejimin yaranacağını əvvəlcədən demişdilərsə də, bu gün heç vaxt barışmaz düşmən olmayan almanlarla fransızlar və polyaklar arasında etibarlı əlaqələr inkişaf edib. Amma indi bu barədə deyil, daha çox Azərbaycanda ilk Avropa Oyunları kimi dünya əhəmiyyətli yarışın keçirilməsi ilə bağlı aşkar narazılığını nümayiş etdirərkən Avropanın nəyə əsaslanması və bu tədbirdə iştirak etməklə bizi niyə “şərəfləndirmədiyi” barədə danışacağıq.

Əlbəttə ki, Bakıdakı idman bayramında Avropadan “mühüm” qonaqların iştirak etməməsi genişmiqyaslı tədbirin möhtəşəm açılış mərasiminə mane ola bilmədi və bu, həmin xüsusi gündə ölkəmizə səfər etməyə tərəddüd etməyənlər də daxil olmaqla, çoxlarını məyus etdi. Avropa Oyunları Azərbaycanın paytaxtında uğurla başladı və Bakı bütün dünyaya “Avroviziya” mahnı müsabiqəsindən sonra növbəti irimiqyaslı iş təqdim etdi. Beləliklə, Avropa Oyunları ərəfəsində birmənalı olaraq Azərbaycanın imicini zədələməyə çalışan müəyyən Qərb dairələrinin çiçəklənən Azərbaycanı dünya ictimaiyyəti qarşısında ləkələmək kampaniyası uğursuz oldu. Qərbdə daim Azərbaycana ləkə yaxmağa çalışan qüvvələrin olması faktı yeni deyil. Amma bu təbliğatın niyə məhz Azərbaycanın normal tərəfdaşlıq əlaqələrinin mövcud olduğu ölkələrin birinci şəxslərinin dəstəyi ilə aparılması o qədər də aydın deyil. Bu, xüsusilə, Almaniyaya və Almaniya kansleri Angela Merkelin rəsmi Bakıya qarşı tutduğu qərəzli mövqeyinə aiddir.

Etibarlı informasiya mənbələrindən məlum olduğu kimi, demək olar ki, bütün Avropa ölkələrinin diktəsi altında olduğu xanım kansler Avropa ölkələrinin dövlət başçılarının Bakıdakı Avropa Oyunlarında iştirak etməməsi ilə bağlı maksimum fəallıq göstərdi. Avropanın yeni bossunun əmri, demək olar ki, bütün Avropa ölkələrinin başçıları tərəfindən yerinə yetirildi. Bu başadüşüləndir, çünki onların çıxış yolu yox idi. Maraqlıdır ki, Avropa İttifaqı Şurasının sədri Donald Tuskun da Bakıya səfəri xüsusilə bu səbəbdən təxirə salındı. Vəziyyət birmənalı olaraq heç də ürəkaçan deyildi, amma dövlətimizin rəhbərliyi bütün diqqəti məsuliyyətli tədbirin ən yüksək səviyyədə keçən açılış mərasiminə yönəldərək həmişəki kimi siyasi müdriklik və dərin diplomatiya nümayiş etdirdi.

Xatırladaq ki, Türkiyə və Rusiya prezidentləri kimi fəxri qonaqlarla yanaşı xanım Merkelin qəti qərarına məhəl qoymayan bir sıra dövlətlərin başçıları Bakıya səfər etdilər. Məlum olduğu kimi, bu siyahıya Serbiya Prezidenti Tomislav Nikoliç, Monteneqro Prezidenti Filip Vuyanoviç, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Mladen İvaniç, Monako Knyazlığının şahzadəsi II Albert, Lüksemburqun Böyük Hersoqu Anri, Rumıniyanın Baş naziri Viktor Ponta, Bolqarıstanın Baş naziri Boyko Borisov, San-Marinonun dövlət başçıları - Kapitan regentləri Andrea Bellutsi və Roberto Venturini, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Çexiya Parlamentinin Deputatlar Palatasının Sədri Yan Hamaçek, İtaliyanın Baş nazirinin birinci müavini Klaudio de Vinsenti və başqaları daxildir. Şübhə yoxdur ki, Almaniyanın “dəmir ledi”sinin tövsiyəsinə qarşı bu cür etinasızlıqdan sonra bu şəxslər Almaniya kanslerinin “fəxri qara siyahısı”na daxil edilib.

Daha sonra, başçıları Avropa Oyunlarının təntənəli açılışını izləməyən Baltikyanı ölkələrin də mövqeyinə ayrıca toxunmaq lazımdır. Məsələ ondadır ki, hələ keçmiş ittifaq ölkələrinin tərkibində olarkən də Baltikyanı ölkələr hər zaman kənarda qalaraq hər bir məsələdə onların mövqeyini digər keçmiş sovet ölkələrinin mövqeyindən tamamilə fərqləndirən strategiyalarını nümayiş etdiriblər. Baltikyanı ölkələr hər zaman Avropaya can atıblar. Avropa ailəsinin üzvü olduqdan sonra da onlar Avropanın bütün şıltaqlıqlarına həyəcanla yanaşmalı olurlar, çünki “oyun”un qaydalarının pozulması onların öz maraqlarına zərbə vura bilər. Amma digər tərəfdən Baltikyanı ölkələr rahat və arxayın əməkdaşlığın mümkün olduğu Azərbaycanla kifayət qədər yaxşı münasibətlərə malikdirlər, ən azı ona görə ki, Azərbaycan ilk növbədə dəstəyinə hər zaman bel bağlanılması mümkün olan etibarlı tərəfdaş və müttəfiqdir. Təəssüf ki, gələcəyi görə bilməyən Baltikyanı strateqlər bu mühüm detalı nəzərdən qaçırıblar.

Avropa İttifaqının Azərbaycanla ümumi münasibətinə gəldikdə isə, əlbəttə, ən yaxşısına ümid etmək qalır. Avropanın Azərbaycana qarşı qərəzli siyasəti müəyyən mənada ABŞ strategiyasının bənzəridir. Avropa dəyərlərinin diktatlarının Avropa Oyunlarını geosiyasi mübahisələr məkanına çevirmək, onları siyasiləşdirmək kimi boş cəhdləri ilə bərabər amerikalıların Azərbaycanda “5-ci kolon” formalaşdırmaq, ABŞ-ın “demokratiya və insan hüquqları” ideologiyasını təlqin etmək səyləri müvəffəqiyyətsizliklə nəticələndi.

Birinci Avropa Oyunları vasitəsilə Azərbaycana qarşı aparılan “geosiyasi oyunlar”ın iflası Azərbaycanın taktiki qələbəsidir. Digər tərəfdən tamamilə aydındır ki, Amerika siyasi texnoloqları özlərinin demokratik dəyərlər və insan hüquqları prizmaları vasitəsilə dünya ictimaiyyətinin diqqətini çəkmək üçün genişmiqyaslı tədbiri siyasiləşdirməyə çalışırlar.

“Avropa Oyunları Azərbaycana qarşı yaxşı təzyiq imkanıdır” fikri məşhur Rebekka Vinsentin “Sport for Rights” təşkilatının yaradılması ilə bağlı bəyanatlarından aydın görünür. Antiazərbaycan təbliğatına paralel olaraq, “insan hüquqları”, “mətbuat azadlığı” pərdəsi altında birinci Avropa Oyunlarını boykot etməyə çağıran “təkliflər paketi” hazırlanıb. Belə bir düşüncə var ki, Avropa və ABŞ “ilk Avropa Oyunlarının Avropa üçün gərəksizliyi”ndən “nüfuzlu idman yarışları insan hüquqlarının pozulduğu bir ölkədə keçirilə bilməz”ədək neqativ fikirlər irəli sürərək birinci Avropa Oyunlarının proqramının pozulmasına nail olmalı və nəticədə, Azərbaycan ABŞ-ın təzyiqinə boyun əymək faktı ilə üz-üzə qalmalı idi. Amma bu, yalnız bizim “xeyirxahlarımız”ın hipotetik fantaziyası səviyyəsində qaldı.

Məhz buna görə antiazərbaycan kampaniyasına qoşulan vətəndaş cəmiyyətlərinin maliyyə mənbələrini öyrənərkən onların amerikalı donorlarla əlaqəli olmasının, büdcələrinin isə USAID vasitəsilə ABŞ Dövlət Departamentindən asılı olmasının aşkar edilməsi heç də təəccüblü deyil. Öz növbəsində Avropa İttifaqı da müstəqil güc mərkəzi yox, sadəcə ABŞ-ın planlarının reallaşması üçün bir vasitədir. Maraqlıdır ki, ABŞ-ın təsir üsulları sadə və hətta bəsitdir. Onların mahiyyəti adi dinləmələr vasitəsi ilə ayrı-ayrı rəsmi şəxslərə qarşı kompromatın yığılmasıdır. Qalanı isə, necə deyərlər, texnikanın işidir. Müvafiq olaraq, Avropa, hətta xanım Merkel səviyyəsində belə demokratik dəyərlərin və hüquqların çatışmazlığı barədə bəyanatlar versə də, son söz həmişə ABŞ-ındır.

Newtimes.az


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında