AŞPA-nın sədri Azərbaycanda gedən demokratikləşmə proseslərini yüksək qiymətləndirmişdir

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, aprelin 14-də nazir Elmar Məmmədyarov Avropa Şurası Parlament Assambleyasının sədri Mövlud Çavuşoğlu ilə görüşmüşdür.
Ölkəmizin AŞPA ilə sıx əməkdaşlıq etdiyini qeyd edən nazir E.Məmmədyarov bu əməkdaşlığın bir çox sahələri əhatə etdiyini və faydalı nəticələr verdiyini demişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair aparılan danışıqlar prosesi barədə məlumat verən E.Məmmədyarov məsələnin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmasının zəruriliyini vurğulamış, bu halda regionda davamlı sülhün və təhlükəsizliyin bərqərar olmasına imkan yaranacağını bildirmişdir. Dünya ictimaiyyətinin məsələyə diqqətinin artırılmasının vacibliyini vurğulayan nazir, bu xüsusda AŞPA-nın səylərinin də səmərəliyini qeyd etmişdir.
M.Çavuşoğlu AŞPA-nın ölkəmizdə gedən demokratikləşmə proseslərini yüksək qiymətləndirdiyini bildirərək təmsil etdiyi qurumun bu porseslərə öz dəstəyini verməkdə davam edəcəyini vurğulamışdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar AŞPA tərəfindən 2005-ci il yanvarın 25-də qəbul olunmuş 1416 saylı qətnaməni diqqətə çatdıran M.Çavuşoğlu qurumun siyasi komitəsində Dağlıq Qarabağla bağlı alt komitənin fəaliyyəti məsələsinin aktual olaraq qaldığını bildirmişdir. O, yaxın vaxtlarda alt komitənin işinin bərpa olunmasının planlaşdırıldığını və bunun da münaqişənin həllinə müsbət təsiri olacağına ümidvar olduğunu qeyd etmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılmışdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında