Qərb siyasətçiləri yeni müstəqil dövlətlərlə münasibətlərdə nə üçün səmimi deyillər?

Görünür, onlar dünyanın yeni siyasi xəritəsindəki gənc müstəqil dövlətlərin uğurlarını həzm edə bilmir, hərənin inkişafına bir variantla badalaq gəlməyə çalışırlar. Bir ölkəyə insan hüquqlarının pozulduğunu, birinə siyasi məhbus problemini, digərinə demokratiya dozasının azlığını irad tutaraq hamının inkişafını əngəlləməyə çalışırlar.

Çox təəssüf ki, bu antidemokratik və antibəşəri tendensiyanın önündə Azərbaycan dövlətinin inam, etimad və sədaqətlə əməkdaşlıq etdiyi Amerika Birləşmiş Ştatları və Almaniya da vardır. Biz bu dövlətlərin hər ikisi ilə sıx əməkdaşlıq edir və onlardan qarşılıqlı hörmət gözləyirik. Ancaq,  təəssüf ki, gözləntilər reallaşmır.

Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrlik etməsi, güclü ordu yaratması, kosmosa öz rabitə peykini çıxarması, ən mötəbər beynəlxalq təşkilatların tədbirlərinə ev sahibliyi etməsi, son günlər isə birinci Avropa Oyunları kimi qitə miqyaslı tədbiri ən ali səviyyədə reallaşdırması beynəlxalq aləmdəki bədxahlarımızı, sözün həqiqi mənasında, ciddi narahat edir. Son zamanlar ABŞ-dan və Almaniyadan gələn məkrli bəyanat və hesabatlar da həmin məntiqin təsdiqidir.

Məsələn, Almaniya Kansleri Angela Merkelin  Qərb rəsmilərinin “ənənəvi” ikili standart siyasətinə nə dərəcədə “sədaqət göstərdiyini” dəfələrlə demişik. Ancaq bu xanım kanslerin ikili standartlardan əlavə, qərəzkarlığını da bu ilin yanvarında gördük. O, qonağı olan Azərbaycan Prezidenti ilə danışıqlarda nə qədər səmimi idisə, bir o qədər də məkrli idi. Belə ki,  Azərbaycan Prezidenti İlham Əliyev 2015-ci ilin yanvarında Almaniyaya işgüzar səfəri zamanı Almaniya Kansleri Angela Merkellə görüşərək ikitərəfli münasibətlərin bütün istiqamətlərini müzakirə etdi. Həqiqətən də, iki liderin görüşündə Almaniya-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi üçün vacib razılıqlar əldə olundu və bu müsbət əhval-ruhiyyə liderlərin mətbuat konfransında da özünü açıq göstərdi.

 İlk baxışda normal və bütün protokol qaydalarına uyğun reallaşdırılan görüş və danışıqlar idi. Ancaq ortada alman tərəfin hazırladığı fitnəkarlıq olmasaydı. Belə ki, həmin mətbuat konfransı  əvvəlcədən Prezident İlham Əliyevə qarşı hazırlanmış təxribatla yadda qaldı. Tədbir iştirakçıları danışırlar  ki, konfransın keçirildiyi zala daxil olan bir nəfər plakat qaldıraraq, Azərbaycana qarşı şüarlar səsləndirmişdir. Həmin şəxsin kimliyi bəlli olsa da, onun həmin yerə necə keçməsi məsələsi hələ də müəmmalı qalır.

Lakin  bu da  faktdır  ki, Azərbaycan Prezidenti Merkellə və digər rəsmi şəxslərlə apardığı danışıqların müsbət nəticələrini nəzərə alaraq,  o zaman  həmin  təxribata reaksiya verməməyi üstün tutmuşdu. Yəqin o, fikirləşirdi ki, kiçik bir təxribat səfərin nəticələrinə kölgə salmamalıdır. Bu isə, həqiqətən də, İlham Əliyevin böyüklüyünün, Almaniya ilə münasibətlərin inkişaf potensialına inamının və bütün razılaşmalara sadiqliyinin əyani təzahürü kimi xarakterizə oluna bilər. Bundan başqa, biz düşünürük ki, Prezidentin səfərindən sonra Azərbaycan hökumətinin Almaniya ilə bütün istiqamətlər üzrə əməkdaşlıq əlaqələrini inkişaf etdirmək istiqamətində real təşəbbüsləri və addımları da məhz cənab İlham Əliyevin tapşırığının nəticəsi idi.

Azərbaycanın dostlarla münasibətlərdə bu şəkildə səmimiyyət göstərməsi və deyilən sözə, aparılan danışıqlara  sədaqət nümayiş etdirməsi fonunda Almaniyadan antiazərbaycan məzmunlu çağırışların eşidilməsi bizi çox təəccübləndirir. Təəssüf edirik ki, dost deyib, əl uzatdığımız ölkədə dövlətimiz əleyhinə işlər aparılır.  Bu dözülməzdir və biz sənət adamları istənilən ölkədən dövlətimizə qarşı təxribatları pisləyir və qınayırıq.

Tofiq BAKIXANOV,
respublikanın Xalq artisti, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında