Azərbaycan müstəqillik əldə etdikdən sonrakı qısa vaxtda çox böyük inkişafa nail olmuşdur

Azərbaycan müstəqillik əldə etdikdən sonrakı qısa vaxt ərzində çox böyük məsafə qət etmişdir. Avropa Şurasına üzv olduqdan sonra Azərbaycan götürdüyü öhdəliklərin yerinə yetirilməsi istiqamətində böyük addımlar atmışdır.
Bunu Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Mövlud Çavuşoğlu jurnalistlərə müsahibəsində demişdir.
AŞPA sədri qeyd etmişdir ki, Azərbaycanın bir çox sahələrdəki uğurlu inkişafını hamımız birlikdə seyr edirik. Avropa standartlarına tam nail olmaq üçün bu proseslər davam etdirilməlidir.
Demokratiyanın uzun bir proses olduğunu vurğulayan M.Çavuşoğlu bildirmişdir ki, bizim vəzifəmiz Azərbaycan kimi yeni demokratiya yoluna qədəm qoymuş ölkələrin inkişafına yardım etməkdir. Arzu edirik ki, Azərbaycan bu prosesi qərarlı şəkildə davam etdirərək Avropa Şurası standartlarına nail olacaqdır.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında