Azərbaycan ilə İran arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilmişdir

Oktyabrın 11-də Azərbaycana rəsmi səfərə gələn İran İslam Respublikasının müdafiə naziri Əhməd Vəhidinin Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyevlə geniştərkibli və təkbətək görüşü olmuşdur.
Ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra iranlı qonağın Müdafiə Nazirliyində təntənəli qarşılanma mərasimi keçirilmiş, hər iki ölkənin dövlət himnləri səslənmişdir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, görüşdə ölkələr arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilmişdir.
Nazir Səfər Əbiyev bildirmişdir ki, hökumətlər arasında 2005-ci ildə hərbi sahədə əməkdaşlıq haqqında saziş imzalandıqdan sonra ayrı-ayrı nümayəndə heyətlərinin və işçi quruplarının görüşləri keçirilmişdir. Regionda əməkdaşlığın inkişaf etdirilməsi üçün sabit şəraitin mövcud olmasını əsas şərt kimi diqqətə çatdıran S.Əbiyev qeyd etmişdir ki, Azərbaycan bölgədə sülhün, əmin-amanlığın hökm sürməsini istəyir: "Amma əfsuslar olsun ki, hələlik buna nail ola bilmirik. Regionda təhlükəsizliyin təmin edilməsi üçün ən böyük maneə Ermənistanın Azərbaycana təcavüzüdür. Ermənistanın təcavüzkar siyasəti regionda əsas gərginlik mənbəyidir".
Nazir Səfər Əbiyev demişdir ki, buna əsas səbəb bəzi ölkələrin Ermənistanı təcavüzkar kimi tanımaması, bəzilərinin isə sözdə Azərbaycana dost və qardaş ölkə olduqlarını bəyan etməsi ilə yanaşı, işğalçıya iqtisadi və hərbi yardım göstərməsidir.
Görüşdə Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov iştirak etmişdir.

{nl}

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında