İranın müdafiə naziri Əhməd Vəhidi Azərbaycan torpaqlarının işğal altında saxlanmasını pisləmişdir

Xarici işlər naziri Elmar Məmmədyarov oktyabrın 11-də Azərbaycanda səfərdə olan İranın müdafiə naziri Əhməd Vəhidinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
XİN-in mətbuat xidmətindən bildirmişlər ki, E.Məmmədyarov İran-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olduğunu bildirilmiş və iki ölkə arasındakı əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsi üçün geniş potensialın mövcudluğunu vurğulamışdır. İki ölkə arasında iqtisadi əlaqələrin yüksək siyasi əlaqələr səviyyəsinə çatdırılmasının zəruriliyini qeyd etmişdir.
Əhməd Vəhidi Azərbaycanın İrana qardaş ölkə olduğunu vurğulamış, Azərbaycan torpaqlarının işğalını pisləmiş, azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma yerlərinə dönəcəyinə ümidvar olduğunu bildirmişdir.
E.Məmmədyarov qonağa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar barədə məlumat vermişdir.
Görüşdə, eyni zamanda, qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında