Bakı dünyanı heyrətə gətirir

Ümummilli lider Heydər Əliyev  siyasi kursunun, zəngin dövlətçilik məktəbinin layiqli  davamçısı  Prezident İlham Əliyevin idman sahəsinə diqqət və qayğısı öz bəhrəsini verir. İlk Avropa Oyunları ölkəmizdə idmanın inkişafının, Azərbaycanın iqtisadi gücünün, siyasi nüfuzunun göstəricisi olmaqla yanaşı,  beynəlxalq  aləmdə respublikamıza  göstərilən yüksək inam və etimadın təsdiqidir. 

Bu gün bütün  dünyanın diqqəti Azərbaycandadır.  Burada  neçə gündür  davam edən  birinci Avropa  Oyunları ölkəmiz haqqında  təsəvvürləri  tamamilə dəyişdi. Avropa ölkələrindən   yarışlara   qoşulmaq  üçün    gəlmiş idmançılar  və xarici turistlər Bakının  gözəlliyindən, burada gedən  quruculuq işlərindən  heyrətlə  danışırlar.

Hələ   yarışlar  başlanmazdan əvvəl Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki əminliklə demişdi:  “Bakıda hər kəs gözəl, möhtəşəm və inanılmaz idman bayramının şahidi olacaq. “Bakı-2015” ilk Avropa Oyunları təkcə qitədə deyil, dünya miqyasında mötəbər idman tədbiri olacaq”. Avropa Oyunlarının  başlandığı ilk  gündən  sonra  dünya mətbuatı    bu fikirləri bir daha təsdiq etdi. Bakıda,  doğrudan da, heyrətamiz idman bayramı yaşanır.

Azərbaycan bu gün əsaslı şəkildə dəyişib.  Sovet  dövründə yaşayan insanlar deyirlər ki,  nə vaxtsa, Azərbaycanın  bu qədər inkişaf, edəcəyi,   uğur  qazanacağı  heç  ağlımıza da gəlməzdi. Bütün bunlar yuxuya bənzəyir.  Avropa Oyunları  isə   Bakının   şöhrətini  dünyaya  yaydı. Bu hər bir  azərbaycanlıda   sonsuz  qürur hissi  doğurur.

Bu Oyunların belə yüksək səviyyədə keçirilməsində  birinci Avropa  Oyunları  Təşkilat Komitəsinin sədri, Heydər Əliyev  Fondunun  prezidenti, Milli Məclisin  deputatı  Mehriban xanım Əliyevanın  xidmətləri  danılmazdır. Onun  yüksək təşkilatçılıq bacarığı   bu Oyunların  belə möhtəşəm keçirilməsinin qarantına çevrilmişdir.

Azərbaycan hər sahədə sürətlə inkişaf edir. Güclü ordumuz, iqtisadiyyatımız, təhsil, elm, mədəniyyət, paralel olaraq müxtəlif sahələrdə əldə etdiyimiz uğurlar,  həqiqətən də, insanı valeh edir.

İlk Avropa Oyunlarına mədəniyyət işçiləri də öz  töhfələrini  verməyə çalışırlar. Birinci Avropa Oyunlarının açılış mərasimi milli-mənəvi  dəyərlərimizin  təbliğində əhəmiyyətli  rol oynadı. Dünya şöhrətli muğam ustası Alim Qasımovun ecazkar ifası, böyük Nizami  dünyasına  səyahət,  “Odlar  yurdu”nun təbii  gözəllikləri   iştirakçıları və milyonlarla  televiziya  tamaşaçısını heyrətə  gətirdi.

Eyni zamanda, Avropa Oyunlarınına həsr olunan Azərbaycan Televiziya və Radiosunun musiqi kollektivləri tərəfindən hazırlanmış musiqi nömrələri (“Zəfər nəğməsi”, “İlk Avropa Oyunları”,  “Gözəl diyar”, “Ellər sevinir”, “Qələbə bizimlədir” və “Avropa  Oyunları”)  idmançılarımıza  əsl mənəvi- psixoloji dayaq olur.

Azərbaycan, həqiqətən də, istedadlar ölkəsidir. Müstəqillik dövründə  bu  istedadların  üzə çıxarılması  üçün  münbit  şərait yaradılmışdır.  Mən  Azərbaycan Televiziyasında çalışıram  və  yaradıcı  gənclərə ölkə  rəhbərinin  necə yüksək  qayğı  və diqqət  göstərdiyinin şahidiyəm.  Elə  idman  sahəsində  də   çalışan  gənclərə  belə  yüksək diqqət vardır.  Birinci Avropa  Oyunlarının   cari nəticələri də bunu təsdiq edir.

Bakıya təşrif buyuran əcnəbi qonaqlar bu gün konsert müəssisələrində, televiziyada, teatr  və kino müəssisələrində  bizim mədəniyyət və musiqimizlə yaxından tanış olurlar. Onlar şəhərimizin gözəlliyindən, zəngin mədəniyyətimizdən, qonaqpərvərliyimizdən ağızdolusu danışırlar. Bütün  bunlar ölkədə  həyata  keçirilən uğurlu mədəniyyət  siyasətinin  real nəticəsidir.

Ramil QASIMOV,
Azərbaycan Televiziyası
və Radiosunun səsyazma
evinin direktoru, musiqi
kollektivlərinin bədii rəhbəri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında