Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə alt komitənin fəaliyyəti AŞPA bürosunun növbəti iclasında müzakirə ediləcəkdir

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının sonuncu iş günündə sığınacaq istəyən şəxslərlə əlaqə, Baltik dənizi regionunda sosial-iqtisadi potensialın inkişafı problemi və digər məsələlər müzakirə edilmişdir.
Sonda AŞPA bürosunda sessiyanın gedişi ətrafında fikir mübadiləsi aparılmışdır. Qurumun sədri Mövlud Çavuşoğlu payız sessiyası çərçivəsində Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə alt komitənin fəaliyyətinin bərpası ilə əlaqədar AŞPA-dakı Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin üzvləri ilə iki gün ərzində keçirdiyi görüşlər barədə büro üzvlərinə məlumat vermişdir.
Sədr bildirmişdir ki, büro yığıncağında alt komitənin fəaliyyətinin bərpası ilə bağlı ayrıca məsələ müzakirə edilməmişdir. Sadəcə olaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə alt komitənin fəaliyyətinin bərpa edilməsi məsələsinin büronun dekabrın 18-də Parisdə keçiriləcək yığıncağında müzakirə edilməsi qərara alınmışdır. M.Çavuşoğlu Azərbaycan və Ermənistan nümayəndə heyətləri ilə görüşlərində hər iki tərəfin məsələnin büro iclasında müzakirə edilməsi ilə əlaqədar ümumi razılığa gəldiklərini diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, AŞPA katibliyi bu məsələ ilə bağlı müəyyən təkliflərin verilməsi istiqamətində çalışır.
Bununla da, AŞPA-nın payız sessiyası başa çatmışdır.

{nl}

Əsgər ƏLİYEV AzərTAc-ın xüsusi müxbiri
Strasburq

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında