M.ÇAVUŞOĞLU: "Azərbaycanın AŞ qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməkdə qətiyyətli olduğunun bir daha şahidi oldum"

"Azərbaycana səfərim çərçivəsində keçirdiyim görüşlər zamanı bu ölkənin Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirməkdə qətiyyətli olduğunun bir daha şahidi oldum".
Bu sözləri ölkəmizdə səfərdə olan AŞPA-nın sədri Mövlud Çavuşoğlu aprelin 14-də keçirdiyi mətbuat konfransında demişdir. AŞPA sədri kimi ilk səfərlərindən birini məhz Azərbaycana etdiyindən məmnunluğunu ifadə edən M.Çavuşoğlu keçirdiyi görüşlərin olduqca məhsuldar olduğunu bildirmişdir.
Qonaq səfərin məqsədinin Azərbaycanda demokratikləşmə prosesi və bu ölkənin AŞ qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi ilə bağlı indiyə qədər həyata keçirdiyi islahatların davamı ilə bağlı müzakirələr aparmaq olduğunu demişdir. Gələn il Azərbaycanın AŞ-a daxil olmasının 10-cu ilinin tamam olacağını qeyd edən M.Çavuşoğlu ölkəmizin bu müddətdə təşkilat qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi istiqamətində mühüm addımlar atdığını qeyd etmişdir. M.Çavuşoğlu vurğulamışdır ki, AŞ Azərbaycanda demokratik islahatların həyata keçirilməsi və bu ölkənin Avropa standartlarına tam nail olması istiqamətində atdığı addımları dəstəkləməkdə davam edəcəkdir.
AŞPA sədri, həmçinin ölkəmizdə noyabrda keçiriləcək parlament seçkilərinin demokratik standartlara tam şəkildə cavab verəcəyinə inandığını bildirmişdir.
Görüşlər zamanı, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələrin aparıldığını deyən qonaq bu məsələdə AŞ-ın mövqeyinin dəyişməz olduğunu, bunun təşkilat tərəfindən qəbul edilmiş sənədlərdə də öz əksini tapdığını qeyd etmişdir. Yaxın zamanlarda münaqişə ilə bağlı AŞPA-da alt komitənin yaradılacağını deyən M.Çavuşoğlu bu istiqamətdə danışıqların artıq başlandığını diqqətə çatdırmışdır.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında