AŞPA-da Ermənistan dövlətini Azərbaycan hərbçilərinin cəsədlərini qaytarmağa çağıran sənəd qəbul edilmişdir

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının üçüncü iş günündə Ermənistan dövlətinin Azərbaycan Ordusunun giziri Mübariz İbrahimov və zabit Fərid Əhmədovun cəsədlərinin Azərbaycana qaytarılması ilə bağlı sənəd qəbul edilmişdir.
AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva tərəfindən yazılı bəyannamə şəklində hazırlanan "Azərbaycan hərbçilərinin cəsədlərinin ölkələrinə qaytarılmasının vacibliyi" adlanan bu sənəd ingilis, fransız dillərində nəşr edilərək Avropa Şurasında yayılmışdır.
Sənədi AŞ-nin üzvü olan müxtəlif ölkələrin deputatları imzalamışlar. AŞPA-nın nizamnaməsinə uyğun olaraq, yazılı bəyannamələr yalnız nəşr edilərək yayılmır, həm də Rəyasət Heyəti tərəfindən geniş iclasda elan edilir. Əgər sessiya ərzində imzası ilə sənədə tərəfdar çıxan başqa deputatlar olursa, bu halda yazılı bəyannamə həmin imzalar da əlavə edilməklə, yenidən kütləvi tirajla nəşr edilir.
AŞPA-nın qəbul etdiyi yazılı bəyannamədə bildirilir ki, 2010-cu il iyunun 18-də Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan bölgələrində qurduqları mövqelərindən atəşkəs rejimini pozaraq Azərbaycan mövqelərinə hücumunun qarşısını alarkən Azərbaycan Ordusunun giziri Mübariz İbrahimov Ermənistan hərbçiləri tərəfindən qətlə yetirilmişdir. Ermənistan tərəfi Mübariz İbrahimovun cəsədini Azərbaycana qaytarmaqdan imtina etmiş, bir neçə gün sonra isə onun cəsədinin şəkillərini internet səhifələrində yerləşdirmişlər. Həmin hadisədən bu günə qədər Ermənistan hökuməti Azərbaycan dövlətinin, Qızıl Xaç Cəmiyyətinin səylərinə baxmayaraq Mübariz İbrahimovun cəsədini geri qaytarmaqdan imtina edir.
Yazılı bəyannamədə Azərbaycan Ordusunun digər bir şəhidi Fərid Əhmədovun adı da vurğulanır.
Qeyd edilir ki, 2010-cu il sentyabrın 4-də Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan bölgələrində qurduqları mövqelərindən atəşkəs rejimini pozaraq Azərbaycanın mövqelərinə hücumunu dəf edərkən Azərbaycan Ordusunun zabiti Fərid Əhmədov Ermənistan hərbçiləri tərəfindən qətlə yetirilmişdir. Ermənistan dövləti onun da cəsədini bu günə qədər Azərbaycana qaytarmaqdan imtina edir.
Sənəddə o da vurğulanır ki, Ermənistan tərəfi gizir Mübariz İbrahimovun və zabit Fərid Əhmədovun cəsədlərinin onlarda olması faktını BQXK-nin rəsmilərinin regiona səfəri zamanı təsdiqləmişdir.
Yazılı bəyananmədə bu cür halların Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi prosesinə mənfi təsir göstərdiyi diqqətə çatdırılmışdır. Sənəddə deyilir: "Bu cür halların beynəlxalq konvensiyalara, beynəlxalq hüquq normalarına zidd olduğunu, xüsusilə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi istiqamətində davam edən çox həssas danışıqlar prosesinə mənfi təsir göstərməsini vurğulamaqla, AŞPA Ermənistanı Azərbaycan Ordusunun giziri Mübariz İbrahimovun və zabit Fərid Əhmədovun cəsədlərini ölkəsinə qaytarmağa çağırır.
AŞPA sədri qəbul etdiyi bu yazılı bəyannaməni qurumun iclasında deputatlara elan etmişdir.

{nl}

Əsgər ƏLİYEV, AzərTAc-ın xüsusi müxbiri
Strasburq

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında