Azərbaycanın daxili işlər naziri ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun seçkiləri müşahidə missiyasının rəhbəri ilə görüşmüşdür

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, nazir, general-polkovnik Ramil Usubov oktyabrın 7-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun seçkiləri müşahidə missiyasının rəhbəri, səfir xanım Odri Qloverlə görüşmüşdür.
Daxili işlər naziri asayişin qorunması sahəsində görülən işlər, eləcə də seçkiqabağı və seçkilər dövründə polisin qarşısında duran vəzifələr barədə qonağa ətraflı məlumat vermişdir. Qeyd olunmuşdur ki, parlament seçkilərinə hazırlıq dövründə və seçkilər zamanı mümkün qanun pozuntularının qarşısının alınması, seçkilərin müvafiq qanunların tələblərinə uyğun təhlükəsiz və demokratik şəraitdə keçirilməsi və bu məsələ ilə əlaqədar daxili işlər orqanlarının üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsinin təmin olunması məqsədi ilə Daxili İşlər Nazirliyi tərəfindən xüsusi Tədbirlər Planı hazırlanmışdır. Bundan başqa, Mərkəzi Seçki Komissiyası ilə birlikdə "Polis əməkdaşlarının Milli Məclisə seçkilərdə iştirakına dair yaddaş kitabçası" nəşr edilmişdir. Kitabçada polis əməkdaşının seçkiqabağı təşviqat dövründə, rəsmi seçki sənədlərinin daşınması və mühafizə olunması prosesində, eləcə də səsvermə günü xidməti vəzifələrini yerinə yetirərkən həyata keçirəcəkləri tədbirlər barədə geniş məlumatlar əksini tapmışdır.
Seçkilərdə polisin əsas vəzifələrindən birinin seçicilərin, seçki məntəqələrinin və namizədlərin təhlükəsizliyini təmin etməkdən ibarət olduğunu, bununla bağlı zəruri tədbirlərin görüləcəyini, qanunla nəzərdə tutulan bütün vəzifələrin yerinə yetiriləcəyini vurğulayan Ramil Usubov, eyni zamanda, seçki kampaniyası dövründə DİN-in digər əsas vəzifəsinin vətəndaşların şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi olduğunu bildirmiş, bu istiqamətdə də müvafiq işlərin görüldüyünü nəzərə çatdırmışdır. Həmçinin bildirilmişdir ki, seçki gününədək 18 yaşı tamam olacaq şəxslərin müəyyən edilməsi və ilk növbədə, onlara şəxsiyyət vəsiqələrinin verilməsi təmin olunur və artıq bu kateqoriyadan olanların təqribən 99 faizi şəxsiyyəti təsdiq edən sənədi almışdır.
Xanım Odri Qlover səmimi qəbula, ətraflı məlumata və seçkilərə hazırlıqla əlaqədar daxili işlər orqanlarının həyata keçirdiyi tədbirlərə görə minnətdarlığını bildirmişdir.
Görüşdə tərəfləri maraqlandıran məsələlərə toxunulmuşdur.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında