Səməd Seyidov: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi daim müzakirə mövzusu olacaqdır

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi daim müzakirə mövzusu olacaqdır. Bu fikirləri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Mövlud Çavuşoğlunun rəhbərliyi altında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar alt komitənin fəaliyyətinin bərpası ilə bağlı Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin oktyabrın 7-də baş tutmuş görüşündən sonra Azərbaycanın AŞPA yanındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov jurnalistlərə müsahibəsində söyləmişdir.
Nümayəndə heyətinin rəhbəri demişdir: Bu gün nümayəndə heyətimizin üzvü Sabir Hacıyevlə birlikdə danışıqlarda iştirak etdik. Hesab edirəm ki, biz bu danışıqlarda ortaya qoyduğumuz məsələnin konstruktiv müzakirəsinə nail olmuşuq. Ona görə ki, əsas məqsədimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsini daim AŞPA-nın gündəliyində saxlamaq, bu problemin humanitar cəhətlərini yaddan çıxarmamaq şərtilə müzakirəsinə nail olmaqdır.
İki gün davam etmiş görüşlər onu göstərdi ki, münaqişə ilə bağlı 2005-ci ildə AŞPA tərəfindən qəbul olunmuş qətnamə həllini tapmalıdır, orada göstərilmiş bəndlər imprimitasiya olunmalıdır və imprimitasiyanın yolları AŞPA-nın gündəliyindən çıxarılmamalıdır.
Biz belə görüşləri davam etdirərək və böyük ehtimalla qurumun Parisdə və yaxud Antalyada keçiriləcək büro yığıncağında bir də gündəmə gətirməklə onun müzakirəsini keçirməyi qərara aldıq.
Xeyli vaxtdır ki, biz hər sessiyada bu görüşləri keçiririk. Bu, özlüyündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən yüksək səviyyədə müzakirə olunduğu deməkdir. Sizi əmin edə bilərəm ki, belə görüşlər həm AŞPA sədrinin rəhbərliyi altında, həm də büro iclaslarında müzakirə olunacaqdır. Bu ona dəlalət edir ki, məsələni gündəmdən çıxarmağa nə qədər çalışsalar da, bu mümkün olmayacaqdır.
Əslində bu problem üzrə yaradılmış alt komitə faktiki olaraq fəaliyyət göstərir. Hər sessiyadan-sessiyaya bu görüşlər keçirilir və müzakirələr aparılır. Hansısa formada formal cəhətdən bu məsələnin genişlənməsinə gəldikdə, mən əminəm ki, bu da olacaqdır. Gəlin hadisələri tələsdirməyək. Bu o qədər də asan məsələ deyildir. Təkrar edirəm ki, bu məsələ ilə bağlı AŞPA 2005-ci ildə qətnamə qəbul etmişdir. Biz onun imprimitasiyası ilə məşğul olacağıq.

{nl}

Əsgər ƏLİYEV AzərTAc-ın xüsusi müxbiri
Strasburq

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında