Mərkəzi Seçki Komissiyası trenerlər üçün treninqlərə başlamışdır

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 5-də Avropa Şurasının Venesiya Komissiyası (AŞVK) ilə birgə dairə seçki komissiyalarındakı trenerləri üçün treninqlərə başlamışdır.
Tədbiri giriş sözü ilə açan MSK-nın katibi Natiq Məmmədov bildirmişdir ki, Mərkəzi Seçki Komissiyası tərəfindən aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsi ənənə halını almışdır. MSK maarifləndirmə tədbirlərini keçirərkən beynəlxalq qurumlarla fəal əməkdaşlıq edir, bu treninqlərin də AŞVK ilə birgə keçirilməsi çox xoşdur.
Əvvəllər də Venesiya Komissiyası ilə maarifləndirici tədbirlərin keçirildiyini vurğulayan MSK katibi demişdir ki, bu tədbir də əvvəlkilər kimi çox əhəmiyyətlidir və məntəqə seçki komissiyalarının üzvlərinə treninq keçəcək trenerlərin peşəkarlıq səviyyəsinin artırılmasına xidmət edir. Səsvermə günü məntəqə seçki komissiyaları üzvlərinin qanunauyğun fəaliyyət göstərməsində, normal səsvermə mühitinin yaradılmasında, vətəndaşların seçki hüquqlarının reallaşdırılmasında trenerlərin keçirəcəyi treninqlərin çox böyük rolu vardır.
DSK-lardakı trenerlər məntəqə seçki komissiyalarının 30 mindən çox üzvü üçün treninqlər keçirəcəklər. Bu treninqlərin səviyyəsi əvvəlkilərə nisbətən daha da yüksək olmalıdır. Məntəqə seçki komissiyaları üzvlərinin peşə hazırlığının səviyyəsi bu tədbirdə treninq keçəcək trenerlərin peşəkarlığından asılıdır. N.Məmmədov tədbir iştirakçılarına uğurlar arzulamış, trenerləri məşğələlərdə diqqətli olmağa dəvət etmişdir.
Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Veronika Kotek demişdir ki, MSK ilə AŞVK uzun müddətdir səmərəli əməkdaşlıq edir. Avopa Şurası qarşıdan gələn seçkilərlə bağlı fəaliyyət planı hazırlamışdır, bugünkü tədbir də həmin planın tərkib hissəsidir. V.Kotek trenerlərə uğurlar arzulamış, Venesiya Komissiyası ekspertlərinin tədbirdə iştirakından məmnun olduğunu bildirmişdir.
Sonra MSK-nın treninq qrupunun trenerləri seçki günü icra olunan müxtəlif prosedurlarla bağlı məşğələlər keçmişlər.
Treninqlərdə hər DSK-dan 2 trener iştirak edir. Trenerlərə treninqlərin hazırlanması, təşkili metodları, seçki günü məntəqə seçki komissiyalarının rolu və vəzifələri, səsvermə prosedurlarına dair praktik tapşırıqlar, seçki dairələri üzrə treninqlərin formatı, təşkil olunması və s mövzular üzrə məşğələlər keçiriləcəkdir.
Treninqlərin keçirilməsində MSK-nın trenerləri ilə yanaşı, VK-nın ekspertləri də iştirak edəcəklər. Trenerlər üçün treninqlər 5 gün davam edəcəkdir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında