Azərbaycan Avropa idman tarixinə möhtəşəm səhifə yazır

Gənc, müstəqil Azərbaycanda idmanın inkişafına dövlət səviyyəsində böyük qayğı və diqqət göstərildiyi bütün düyaya bəllidir və bunu bu möhtəşəm tədbirin keçirilməsi təşəbbüsündə bulunan Avropa Olimpiya Komitəsinin (AOK) rəhbərliyi də yaxşı bilir.

Son 10 ildə Avropanın heç bir ölkəsində Azərbaycandakı qədər idman meydançaları, böyük stadion və  Olimpiya mərkəzləri inşa edilməyib, eləcə də müvafiq idman infrastrukturu yaradılmayıb. Ölkəmizdə hazırda idmanın kütləviləşməsi siyasəti elə yüksək səviyyədə təşkil olunub ki, hətta çox zəngin ölkələrdən olan mütəxəssislər də bunu müşahidə edərkən heyranlıqlarını gizlətmirlər.

Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik, milli, dini zəmində həsədaparıcı tolerantlıq, ölkəmizin iqtisadi imkanları, xalqımızın yüksək mədəni, humanist adət-ənənələri, zəngin intellektual potensialı, geniş turizm imkanları məhz Azərbaycanı ilk Avropa Oyunlarının keçirilməsi üçün ideal məkana çevirib. Avropa başa düşür ki, bu, idman hərəkatının sonrakı inkişafı üçün də çox vacibdir.

Bəli, Avropanın bu möhtəşəm tədbir üçün Azərbaycanı seçməsi rasional məntiqə söykənir. Rəsmi Bakı öz növbəsində öhdəsinə çox şərəfli və məsuliyyətli bir missiyanı götürdüyünün fərqindədir.  Azərbaycan Prezidentinin sərəncamı ilə  Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə Avropa Oyunlarının Təşkilat Komitəsi yaradıldı, həmişə olduğu kimi, olduqca gərgin və davamlı işlər başlandı.

Nəticə isə göz qabağındadır! İki il ərzində miqyasına və sürətinə və keyfiyyətinə görə nəhəng işlər görülüb. Avropa Oyunlarının başlanmasına hələ 40 gün qalmış Bakının artıq oyunlara hazır olduğu bəlli oldu. Prezident İlham Əliyevin və xanmı Mehriban Əliyevanın qədim Atəşgahda təntənəli surətdə alovlandırdıqları ilk Avropa Oyunlarının məşəli hazırda Azərbaycanı bölgə-bölgə dolaşaraq böyükdən-kiçiyə hamını Bakı Avropa Oyunlarında fəal iştirak etməyə səsləyir!

Bəli, Azərbaycan bu gün yeni tarix yazır. Ulu öndər Heydər Əliyevin müdrikcəsinə dediyi kimi, Azərbaycan artıq dünyaya Günəş kimi doğur. İllər, onillər, qərinələr keçəcək, xalqımızın gələcək nəsilləri bu gün böyük zəfərlərə imza atan ata-babaları ilə fəxr edəcəklər və bu şərəfli missiyanı tarixdə əbədi daşımağa çalışacaqlar!

...Dünən axşam saatlarında metronun “Koroğlu” stansiyasından çıxanda əl-əlvan işıqlarla bərq vuran nəhəng Olimpiya stadionunu görüb əvvəlcə şaşırdım. Sanki buradan Günəş Bakının əngin səmasına  boylanır, Xəzərin sahilində qərar tutmağına hədsiz sevinirdi...Yadıma düşdü ki, vaxtilə, cəmi iki-üç il əvvəl stadionun yerləşdiyi bu ərazi  bataqlıq idi. Xatırladım ki, Parisin 18 kilometrliyində Versaldakı “Günəş sarayı” da, Sankt-Peterburqdakı “Petrodvorets” də bataqlıqlar üzərində qurulub!

 Düşünürəm ki, əlavə şərhə ehtiyac yoxdur! Sadəcə insan gündən-günə çiçəklənən, müstəqil  Azərbaycanın vətəndaşı olduğu üçün şərəf duyur, qurub-yaradan insanların cərgəsinə qoşulmaq istəyir! Gözəl hissdir, deyilmi?!

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında