Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir

Oktyabrın 1-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilmişdir.
MSK-nın mətbuat xidmətindən bildirmişlər ki, əvvəlcə Mərkəzi Seçki Komissiyası 2010-cu il 27 sentyabr tarixli iclasının protokolunu təsdiq etmişdir.
Sonra Xəlilov Nəbi Hümbət oğlunun Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Komissiyasında məşvərətçi səs hüquqlu üzvü təyin edilməsi barədə qərar qəbul olunmuşdur.
Mərkəzi Seçki Komissiyası 2010-cu il noyabarın 7-də keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar "Qarabağ", "İslahat" və "AXCP - Müsavat" siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələrinin qeydə alınması barədə qərar qəbul etmişdir.
MSK-nın iclasında 2010-cu il noyabarın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanması qaydasına da dair qərar qəbul olunmuşdur.
Mərkəzi Seçki Komissiyası 75 saylı Lənkəran - Masallı, 92 saylı Zərdab - Ucar və 105 saylı Tovuz seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər etmişdir.
İclasda Milli Məclisə keçirilən seçkilərlə bağlı AXCP-Müsavat siyasi partiyalar bloku tərəfindən namizədliyi irəli sürülmüş Pərviz Həşimovun Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətinə baxılmış və həmin müraciətin aidiyyəti üzrə baxılması üçün 39 saylı Gəncə (Kəpəz) birinci seçki dairəsi dairə seçki komissiyasına göndərilməsi barədə qərar qəbul olunmuşdur.
Komissiyanın iclasında cari məsələlərə də baxılmışdır.
İclasda ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu müşahidə missiyasının, ATƏT-in Bakı ofisinin təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında