Brüsseldə Azərbaycanın Əfqanıstanda beynəlxalq təhlükəsizliyə yardım qüvvələrinin keçirdiyi əməliyyata töhfəsi məsələləri müzakirə olunmuşdur

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 1-də Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Mənzil Qərargahına səfər etmişdir.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, Azərbaycan nümayəndə heyətinə milli təhlükəsizlik və fövqəladə hallar nazirlərinin müavinləri, Dövlət Sərhəd Xidmətinin rəis müavini, müdafiə və daxili işlər nazirliklərinin idarə rəisləri daxildirlər.
Səfər çərçivəsində E.Məmmədyarov NATO-nun baş katibinin müavini K.Bizonyero ilə görüşmüş, Şimali Atlantika Şurasının Azərbaycan ilə keçirilmiş "28+1" formatlı iclasında iştirak etmişdir.
Nazir E.Məmmədyarov çıxışında NATO-nun yeni Strateji Konsepsiyası, Azərbaycan-NATO tərəfdaşlığı, o cümlədən Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının (FTƏP) icrası və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələlərinə toxunmuşdur.
Görüşdə Azərbaycan-NATO münasibətləri, Azərbaycanın NATO ilə FTƏP-in növbəti iki il üzrə nəzərdə tutulan yeni, üçüncü dövrü, Azərbaycanda təhlükəsizlik sektorunun islahatı, qüvvələrin NATO ilə qarşılıqlı operativ uzlaşması, həmçinin regionda təhlükəsizlik məsələləri, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsi üzrə fikir mübadiləsi aparılmışdır.
Bundan əlavə, səfər zamanı NATO-nun qarşıdan gələn Lissabon zirvə toplantısı, NATO-nun bu toplantıda qəbul edilməsi gözlənilən Yeni Strateji Konsepsiyasının Avratlantik məkanın təhlükəsizliyinə təsiri, Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin (ISAF) keçirdiyi əməliyyat və ölkəmizin bu əməliyyata töhfəsi məsələləri ətrafında müzakirələr aparılmışdır.
Azərbaycan ilə NATO arasında bu cür məsləhətləşmələr ildə bir dəfə keçirilir və hazırda FTƏP-in 2008-2010-cu illəri əhatə edən ikinci mərhələsi həyata keçirilir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında