Azərbaycan ABŞ-a nota vermişdir

Qondarma "Dağlıq Qarabağ Respublikası" "parlamentinin sədri"nin ABŞ Konqresində görüşlər keçirməsi Azərbaycan tərəfinin ciddi etirazına səbəb olmuşdur. Bununla əlaqədar olaraq, Azərbaycan tərəfi Amerika Birləşmiş Ştatlarına nota vermişdir.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov bildirmişdir ki, separatçı Dağlıq Qarabağ rejiminin "parlament sədri" Aşot Qulyanın ABŞ Konqresində görüşləri ilə bağlı ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterlinq bir müddət əvvəl Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) dəvət edilmişdir. Amerikalı diplomata Azərbaycanın etiraz məktubu təqdim olunmuşdur. Ona bildirilmişdir ki, Azərbaycan tərəfi belə hallar baş verdiyi üçün dərin təəssüfünü və qəti etirazını bildirir.
Azərbaycanın təqdim etdiyi sənəddə bildirilir ki, belə cəhdlər - işğal olunmuş ərazilərdən hansısa şəxslərin üçüncü ölkələrə səfərinin təşkil edilməsi, xüsusən də ABŞ-ın həmsədr olduğunu nəzərə alsaq, belə səfərlərin bu ölkəyə təşkil olunması Azərbaycan tərəfinin qəti narazılığı və etirazına səbəb olmuşdur. Belə səfərlər ölkələr arasında münasibətlərə kölgə sala bilər.
ABŞ Dövlət Departamentindən isə Azərbaycanın ABŞ-dakı səfirliyinə bildirmişlər ki, Aşot Qulyanın səfəri fərdi qaydada - Ermənistan vətəndaşı olaraq həyata keçirilmişdir.
Cavabda bu səfər zamanı onun heç bir rəsmi görüş keçirmədiyi vurğulanmışdır. Dövlət Departamentindən onu da bildirmişlər ki, ABŞ tərəfi Azərbaycanın ərazi bütövlüyünü tanıyır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında