Türkiyənin Baş naziri Azərbaycanla Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının əhəmiyyətini vurğulamışdır

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan xalqa müraciətində Azərbaycan Prezidenti İlham Əliyev ilə İstanbulda imzaladığı Birgə Bəyannaməyə əsasən yaradılacaq Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının əhəmiyyətini vurğulamışdır.
Rəcəb Tayyib Ərdoğan demişdir: "Azərbaycan Prezidenti hörmətli İlham Əliyev ilə birlikdə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının imza mərasimini həyata keçirdik. O mərasimdə də ifadə etdim: Türkiyə ilə Azərbaycan dünyada başqa örnəyi olmayan yaxın əlaqələri olan iki ölkədir. Bu baxımdan, iki ölkə arasında əməkdaşlığı ən yüksək səviyyəyə yüksəldəcək olan bu şuranı da çox mühüm və dəyərli hesab etdiyimizi bidirmək istəyirəm. İnşallah, iki ölkə üçün də faydalı olar".
Türkiyənin Baş naziri türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşünün də böyük əhəmiyyətini qeyd etmişdir. Onun sözlərinə görə, eyni millətə mənsub olan, eyni dildə danışan, müştərək keçmişə və mədəni dəyərlərə sahib olan qardaş ölkələrin bir-biri ilə əlaqələrini ən yüksək səviyyəyə yüksəltmək üçün keçirilən bu zirvə görüşü çox önəmlidir. Bu ölkələrin yaxınlaşması həllini gözləyən bir çox problemin olduğu bölgəmiz üçün də yaxşı imkanlar yaradır.
İstanbulda keçirilmiş zirvə görüşü Naxçıvan Sazişi ilə yaradılması nəzərdə tutulan Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının da fəaliyyətə başlaması yolunda mühüm bir addım olmuşdur. Bu addımların yaxın dövrdə qardaş xalqların önündə yeni üfüqlər açacağını qeyd edən Rəcəb Tayyib Ərdoğan demişdir ki, dövlət başçıları ilə keçirdiyi ikitərəfli görüşlərdə ölkələr arasında əlaqələri daha da möhkəmləndirmək üçün bütün sahələrdə əməkdaşlıq imkanlarını genişləndirmək məsələsində ümumi mövqe ifadə olunmuşdur.
Oqtay BAYRAMOV, AzərTAc-ın xüsusi müxbiri
Ankara{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında