Azərbaycan ilə Çexiya arasında əlaqələrin genişləndirilməsi üçün böyük imkanlar vardır

Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, sentyabrın 29-da nazir Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Çexiya Senatının Avropa İttifaqı məsələləri komitəsinin sədri Ludek Sefziqin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Görüşdə Azərbaycan ilə Çexiya arasında bütün sahələrdə, eləcə də parlamentlərimiz arasında sıx əlaqələrin mövcudluğu bildirilmiş, Avropa İttifaqı çərçivəsində əməkdaşlığın səviyyəsi yüksək qiymətləndirilmişdir. "Şərq Tərəfdaşlığı" Proqramının əhəmiyyəti də xüsusi vurğulanmışdır.
Azərbaycanın iqtisadiyyatının sürətli inkişafını yüksək dəyərləndirən L.Sefziq ölkəmizlə dostluq, əlverişli bazar iqtisadiyyatı, o cümlədən enerji sahəsində də əlaqələrin intensivləşdirilməsinin vacibliyini qeyd etmişdir.
Nazir E.Məmmədyarov ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə daha da genişlənəcəyinə əminliyini ifadə etmiş, bunun üçün geniş potensialın olduğunu bildirmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunmuşdur.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında