Azərbaycan və Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması ilə bağlı Bakıda geniştərkibli görüş keçiriləcəkdir

Azərbaycan və Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması ilə bağlı Bakıda geniştərkibli Azərbaycan-Türkiyə nümayəndə heyətlərinin görüşü keçiriləcəkdir.
Bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç demişdir.
Diplomat bildirmişdir ki, bununla əlaqədar Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında müxtəlif sahələri təmsil edən nazirlərdən ibarət nümayəndə heyəti Azərbaycana səfər edəcəkdir. Səfər çərçivəsində Şuranın fəaliyyəti müzakirə olunacaq və birgə fəaliyyət istiqamətləri müəyyənləşdiriləcəkdir.
"Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının qurulması haqqında Birgə Bəyannamə" sentyabrın 15-də İstanbulda imzalanmışdır.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında