Azərbaycanda parlament seçkilərini müşahidə edəcək ATƏT-in missiyasının fəaliyyət proqramı açıqlanmışdır

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycanda parlament seçkilərini izləyəcək müşahidə missiyası sentyabrın 28-dən rəsmən fəaliyyətə başlamışdır.
Sentyabrın 28-də ATƏT-in müşahidə missiyasının rəhbəri xanım Odri Qlover bununla bağlı mətbuat konfransı keçirmişdir.
O.Qlover bildirmişdir ki, missiyanın əsas heyətinə daxil olan 16 nəfər ATƏT-in üzvü olan 11 ölkəni təmsil edir. Daha sonra 22 nəfərdən ibarət nümayəndə heyəti Azərbaycana gələcəkdir. Onlar lazımi təlimatlar alaraq regionlara göndəriləcəklər. Qısamüddətli müşahidə missiyası isə Azərbaycana noyabrın 3-də gələcəkdir.
ATƏT-in Azərbaycanda müşahidə edəcəyi sayca 8-ci seçki olacağını qeyd edən O.Qlover demişdir ki, müşahidələrə əsasən iki aralıq hesabat hazırlanacaqdır. Seçkilərdən bir gün sonra ilkin hesabat açıqlanacaqdır. Təxminən səkkiz həftədən sonra isə yekun hesabat dərc olunacaqdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında