Satqınların vətəni olmur

AXCP sədri Əli Kərimlinin bütün fəaliyyəti milli maraqlara ziddir

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasının bu gün Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilməsi müstəqil Azərbaycanı regionun ən güclü və qüdrətli dövlətlərindən birinə çevirmişdir. Hazırda ölkəmizin dünya birliyində özünə layiqli yer tutması, reytinqinin getdikcə yüksəlməsi və inkişaf etmiş dövlətlərin maraq dairəsində olması da düzgün müəyyənləşdirilmiş siyasi strategiyanın məntiqi nəticəsidir. Təsadüfi deyil  ki, hazırda müstəqil dövlətimiz dünyada sülh, tərəqqi və sabitlik, iqtisadi əməkdaşlıq mərkəzi kimi tanınır. Azərbaycanla əməkdaşlıq edən dövlətlərin sayının getdikcə artması ölkəmizin dünya birliyinə uğurlu inteqrasiyasının nəticəsidir.

Dünyanın maliyyə böhranı ilə üzləşdiyi bir vaxtda republikamızda dövlət proqramlarının yüksək səviyyədə icra olunması regionların dinamik inkişafına da öz təsirini göstərmişdir. Prezident İlham Əliyevin mütəmadi olaraq bölgələrə səfərləri və görülən işlərlə yerindəcə tanış olması yeni iş yerlərinin açılmasına  zəmin yaratmışıdr. Məhz bunun nəticəsidir ki, ötən il respublikamızda 130 mindən artıq yeni iş yeri yaradılmışdır.

 Ötən ilin nəticələrinə bir daha nəzər yetirdikdə bütün sahələrdə sürətli inkişafın şahidi oluruq. Qazanılan uğurlar, ilk növbədə, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilib. İqtisadi qüdrətimizin artması pensiyaçların da həyat tərzinin yaxşılaşdırılmasında özünü büruzə verib. Onu da qeyd edək ki, 2014-cü ildə əsas iqtisadi göstəricilərimiz dünya miqyasında ən yaxşı göstəricilərdən biridir. Dünyanın tanınmış iqtisadçıları da təsdiq edirlər ki,  son 11 il ərzində Azərbaycan dünyada iqtisadi artım tempinə görə ən sürətlə inkişaf edən dövlətdir.

Dünyanın tanınmış ictimai-siyasi xadimlərinin, həmçinin aparıcı kütləvi informasiya vasitələrinin ölkəmizin postsovet, həmçinin Avropanın bir sıra dövlətləri ilə müqayisədə sürətlə inkişafını qeyd etdiyi, demokratik prinsiplərə, azad və ədalətli, şəffaf seçki keçirilməsinə xüsusi önəm verdiyini məmnuniyyətlə bildirdikləri bir vaxtda, Azərbaycanın çörəyi, suyu və havası ilə qidalanan, bu ölkədə doğulub boya-başa çatanlar həmin reallıqları görməzliyə vururlar. Belə ünsürlər Azərbaycanın inkişafını gözü götürməyənlərin çirkli pullarına şirniklənərək ölkəmizin ünvanına şər-böhtanlar atır, xarici himayədarlarına xoş görünmək üçün onların sifarişlərini can-başla yerinə yetirir və beynəlxalq aləmdə getdikcə imici artan respublikamız haqqında mənfi rəy formalaşdırmağa  çalışırlar. Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Mirkazım Kazımovla söhbətimiz də bu mövzuda oldu. Deputat qeyd etdi ki, ölkəmizin sürətli inkişafını görməzliyə vuran, əhalinin həyat tərzinin getdikcə yaxşılaşmasından  paxıllıq hissi keçirən xəyanətkarlar, ilk növbədə, unutmamalıdırlar ki, onlar  bu ölkənin vətəndaşlarıdır. Yadda saxlamalıdırlar ki, satqınların vətəni olmur. Onlar üçün pul hər şeydən üstündür. Mən belələrinə demək istəyirəm ki, xəyanətkarı heç kim qəbul etmir. Azərbaycanın uğurlarını gözü götürməyən dairələrə antimilli ünsürlər və satqınlar yalnız bir alət kimi lazımdır. Həmin “alətlər”öz funksiyalarını başa vurduqdan sonra lazımsız əşya kimi bir küncə atılır.

M.Kazımov qeyd etdi ki, belə ünsürlərə rəhbərlik edən, özünü yeganə müxalifət elan edən AXCP sədri Əli Kərimli və onun himayədarlıq etdiyi “Azadlıq” ruporçularınun mayaları sanki paxıllıqdan və xəyanətkarlıqdan yoğrulub. Onlar antimilli dairələrə və ermənipərəst beynəlxalq qurumlara donosbazlıq etməkdən sanki zövq alırlar.

Onun fikrincə, Azərbaycanın dünya birliyindəki reytinqinin getdikcə yüksəlməsindən hər bir soydaşımız fəxr etməli və qürur hissi keçirməlidir. Çünki Azərbaycan hər bir azərbaycanlının Vətənidir. Bu gün ölkəmizin beynəlxalq aləmdə  nüfuz sahibi olması və xoş sədasının ən yüksək tribunalardan eşidilməsi hər birimizin sabaha olan inamımızı daha da  artırır. Respublikamızın sürətli inkişaf yolunda inamla irəliləməsini dünyanın tanınmış diplomatları da təsdiqləyirlər. ABŞ konqresmenləri El Qrin, Leonard Lans, Mayk Fitspatrik, Pit Qalleqo və Skott Perrinin respublikamızın inkişafını yüksək dəyərləndirmələri dediklərimin bariz nümunəsidir. Konqresmenlər hətta, Prezident Barak Obamanı Azərbaycanı dəstəkləməyə çağırmışlar.  Onlar qeyd  etmişlər ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən bəri strateji baxımdan önəmli bir regionda ABŞ-ın sınanmış və vacib müttəfiqidir. Azərbaycan iqtisadi baxımdan dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biridir. Ölkədə ümumi daxili məhsul artır, Azərbaycan iqtisadiyyatı Cənubi Qafqazın iqtisadiyyatının 80 faizini təşkil edir, yoxsulluğun səviyyəsi 5 faizə düşmüşdür. Ekstremizmə qarşı mübarizədə ABŞ-ın etibarlı tərəfdaşı olan Azərbaycan tolerantlıq baxımından dünya ölkələri üçün nümunədir.

Belə faktlar istənilən qədərdir. Ölkəmizə rəsmi səfərə gələn dövlət başçıları və hökumət nümayəndələri, həmçinin nüfuzlu beynəlxalq qurumların üzvləri Azərbaycanda gördükləri abadlıq və yenidənqurmadan, inkişafdan böyük razılıqla danışırlar. Hazırda Azərbaycan dünyanın diqqət mərkəzindədir. Bir neçə aydan sonra start götürəcək I Avropa Oyunlarına böyük hazırlıq işləri gedir. Müstəqillik yolunda cəmi 23 il irəliləyən bir ölkənin Avropa Oyunları kimi mötəbər idman yarışmasına ev sahibliyi etməsi çox böyük uğurdur. Hətta, bu barədə ABŞ-ın nüfuzlu mətbu orqanı olan “Washington Post” qəzetində də məqalə dərc olunub. Məqalədə ölkəmizin belə bir mürəkkəb tədbirə ev sahibliyi etməsi yüksək qiymətləndirilib.  Həmin məqalədə deyilir: “Diqqətə çatdırırıq ki, 50 ölkədən 6 mindən çox atlet, idmanın 20 növü uzrə 253 dəst medal uğrunda mübarizə aparacaq. Bu oyunlar çox böyük uğurla keçəcək və Azərbaycan dünyada mühüm idman tədbirlərinin təşkilatçısı kimi tanınacaq”.

Bundan əlavə, “Gallup İntenational” tərəfindən aparılan “Dünya ölkələrinin xoşbəxtlik indeksi”ndə Azərbaycan 2014-cü ilin yekunlarına görə, dünyanın xoşbəxt ölkələri reytinqində ilk beşliyə daxil olub.

M.Kazımov vurğuladı ki, ötən illərə nəzər saldıqda Azərbaycanın nüfuzlu beynəlxalq təşkilatların öz tədbirlərini keçirdiyi məkana çevrildiyinin şahidi olarıq.  Həmin tədbirlərin iştirakçıları ölkəmizin sürətli inkişafından, bu işlərdə Prezident İlham Əliyevin rolundan, xalqla dövlət başçısının sıx vəhdətindən məmnunluqla danışırlar. Yalnız bir fakt misal gətirməklə dediklərimi təsdiq etmək istərdim. Bir müddət əvvəl Azərbaycanda keçirilmiş 23-cü Krans Montana Forumunda iştirak edən qurumun təsisçisi və prezidenti, səfir Jan Pol Karteron demişdir: “Azərbaycan çox qısa bir müddətdə “Cənub-Cənub əməkdaşlığı”nın mərkəzinə çevrilmişdir. Yəni, o, dünyanın gələcəyini təşkil edən ölkələrin sırasına daxil olmuşdur. Cənub-Şimal əməkdaşlığı artıq tükənmişdir. Çünki şimal ölkələri cənub ölkələrindən çox sui-istifadə etmişlər. Bu gün cənub ölkələrinin geniş potensialı vardır. Onlar artıq çox güclüdürlər. Məncə bu gün cənub ölkələri elə bir əməkdaşlıq qura bilərlər ki, bu, onlara layiqincə inkişaf etməyə imkan verər. Burada, xüsusilə, Azərbaycanın rolunun böyük olduğunu qeyd etmək istərdim. Biz bunun Prezident İlham Əliyevin simasında təsdiqini gördük. Azərbaycan dövlətinin başçısı forumun açılış mərasimindəki nitqi ilə də bunu tam təsdiq etmişdir. Prezident İlham Əliyev mövcud vəziyyəti bir çox ölkələrin rəhbərlərində olmayan böyük məharətlə izah etmişdir. Azərbaycan Prezidenti çox səriştəli rəhbərdir. Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ölkənin inkişafı naminə gördükləri işlər və bunun sayəsində əldə olunmuş nailiyyətlər yalnız onu deməyə əsas verir ki, Azərbaycan beynəlxalq əməkdaşlıqda get-gedə daha böyük rol oynayacaqdır”.

Respublikamızın xarici siyasət sahəsində qazandığı uğurlardan söhbət açan M.Kazımov bildirdi ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv olarkən 155 ölkədən dəstək qazanması beynəlxalq aləmdə bizə olan inam və etimadın nəticəsidir. Bundan əlavə, ölkəmiz müxtəlif vaxtlarda  iki dəfə bu quruma sədrlik etmişdir. Avropa Şurasının Nazirlər Komitəsinə respublikamızın sədrliyi də diplomatiyamızın təntənəsidir.

Bütün bunlardan sonra AXCP sədri Əli Kərimlinin  qazanılan uğurlara kölgə salmaq cəhdi, paxıllıqdan, qısqanclıqdan və donosbazlıqdan başqa bir şey deyildir. Artıq onun ətrafındakılar da ağa qara deyən Əli Kərimlidən imtina etməyə başlayıblar. Bu yaxınlarda istefa vermiş müavini Razi Nurullayevin açıqlamalarından sonra güman etmək olardı ki, Əli Kərimli xəcalət hissi keçirəcək, daimi yaşamaq üçün Hollandiyaya və yaxud digər ölkələrə gedəcək. Onun müavini də dedi ki, AXCP sədri öz məqsədlərinə nail olmaq üçün hətta, uzun müddət onunla bir partiyada əməkdaşlıq etmiş öz müşavirini porno-kasetlə şantaj edibmiş. AXCP sədrinin keçmiş xanım müşaviri də etiraf edir ki, o, Əli Kərimli tərəfindən şantaja məruz qalıb. Səbəbi də bu olub ki, sabiq xanım müşavir Əli Kərimlinin diktatorluğuna, yalanlarına, xarici dövlətlərə donosbazlığına, satqınlığına etiraz edib. Əli Kərimlinin əqidə yoldaşları  sabiq xanım müşavirə hədə-qorxu gələrək deyiblər ki, “əgər susmasan  səni bütün dünyada biabır edəcəyik. Sənin qızlarının və özünün şəkilləri hər yeri bəzəyəcək. Bax, onda dilini qarnına qoyub susacaqsan”. Fikir verirsinizmi, qadına qarşı belə ədalətsizlik azərbaycanlı kişiyə xas olan keyfiyyət deyil. Əgər bir partiya sədri uzun müddət əməkdaşlıq etdiyi xanım müşavirini bu yolla şantaj edirsə, ondan hər cür satqınlıq və xəyanət gözləmək olar.

M.Kazımov  AXCP-nin keçirdiyi tədbirlərdə artıq heç kimin iştirak etməməsinə də  münasibət bildirdi. O dedi ki, bu partiyanın sədrinin artıq sabiq müavininin də bəyan etdiyi kimi, AXCP-nin keçirdiyi mitinqlərə iştirakçı tapılmır. Müavin qeyd edib ki, biz rayonlara gedib insanlarla danışıqlar aparırdıq və müəyyən vədlərdən sonra çox çətinliklə bir qədər iştirakçı toplaya bilirdik. Son vaxtlar artıq heç kim onların səsinə səs verməyib. Ona görə də artıq AXCP-nin təşkilatçılığı ilə heç bir aksiya keçirilmir.

Son vaxtlar iqtidar-müxalifət dialoqunun baş tutması üçün hakimiyyət rəsmiləri tərəfindən təkliflər irəli sürülmüş və belə bir dialoq artıq baş tutmuşdur. Müxalifət nümayəndələrinin konstruktiv mövqe tutması AXCP sədrini, necə deyərlər, yandırıb-yaxmışdır. Təbii ki, xarici dövlətlərin oyuncağına çevrilmiş AXCP sədri və onun əqidə yoldaşları belə bir  tədbirə kölgə salmağa cəhd göstərdilər. Ancaq onlar bununla heç nəyə nail ola bilmədilər. Müxalifət nümayəndələri də etiraf etdilər ki,  bu görüş çox əhəmiyyətlidir. Hətta, qeyd olundu ki,   belə görüşlər Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi əsasında keçirilir. Belə tədbirlər ölkədə demokratiyanın, siyasi sistemin və qanunların aliliyinin təmin olunmasına birbaşa təsir göstərir. Bu cür görüşlərə kölgə salmaq istəyən qüvvələr isə bir daha öz mövqelərinə diqqət etməlidirlər.  Artıq hamıya bəllidir ki, başda AXCP sədri Əli Kərimli olmaqla,  digərləri də ayrı-ayrı ölkələr tərəfindən idarə olunurlar.

M.Kazımov dedi ki, Əli Kərimlinin satqın və xəyanətkar olduğunu artıq müxalifət nümayəndələri də etiraf edirlər. O, vaxtilə Əbülfəz  Elçibəyə nəinki xəyanət edib, hətta, Elçibəyə həyatında ən ağır ləkələri, ən ağır sözləri Əli Kərimli yazdırıb və söylədib.  Onun müxalifətçi dostları deyirlər ki, Əli Kərimli elə kateqoriyadan olan adamdır ki, ona yaxşılıq etmək şeytana yaxşılıq etmək kimi bir şeydir. Belə bir adamın ölkəmiz haqqında donosbazlıq etməsi onun xislətindən irəli gəlir.

Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında