Azərbaycanın müvafiq dövlət qurumları parlament seçkilərini müşahidə etmək üçün beynəlxalq təşkilatlara dəvət göndərmişdir

Parlament seçkiləri ilə əlaqədar beynəlxalq təşkilatlardan müşahidə missiyalarının Azərbaycana səfəri başlamışdır.
Mərkəzi Seçki Komissiyasının (MSK) beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov bildirmişdir ki, ATƏT-in Azərbaycanda parlament seçkilərinin müşahidəsi üzrə missiyası yaxın günlərdə fəaliyyətə başlayacaqdır. Ən böyük müşahidə missiyası ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları bürosundan olacaqdır. Bu təşkilatdan 30 uzunmüddətli və 450 qısamüddətli müşahidəçi gələcəkdir. Artıq onların bir qrupu Azərbaycandadır və yaxın günlərdə fəaliyyətə başlayacaqdır. Qısamüddətli müşahidəçi qrupu isə oktyabrın sonunda Bakıya gələcəkdir.
MSK rəsmisinin sözlərinə görə, ATƏT-in seçkiləri uzunmüddətli müşahidə missiyası qrup halında respublikanın ayrı-ayrı bölgələrindəki seçkiyə hazırlıq prosesini müşahidə edəcəklər. Qısamüddətli müşahidə missiyası isə seçki günü səsverməni, səslərin sayılması və nəticələrin müəyyənləşdirilməsi proseslərini izləyəcəkdir.
Bundan başqa, seçkiləri müşahidə etmək üçün Avropa Şurasından da nümayəndə heyətinin Azərbaycana səfəri gözlənilir. MDB-nin 400 nəfərədək müşahidə missiyası isə oktyabrın ortalarında Bakıya gələcəkdir.
R.Qasımov bildirmişdir ki, Seçki Məcəlləsinə görə, səsvermə gününə 10 gün qalmışadək həm yerli, həm də beynəlxalq müşahidəçilər ölkə miqyasında müşahidə aparmaq üçün MSK-ya müraciət etməlidirlər. Seçki dairələri ərazisində isə prosesi izləmək üçün səsverməyə 5 gün qalmışadək müraciət olunmalıdır.
Azərbaycanın müvafiq dövlət qurumları parlament seçkilərini müşahidə etmək üçün beynəlxalq təşkilatlara artıq dəvət göndərmişdir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında