Mərakeş Krallığı Azərbaycan ilə əlaqələrin inkişafında maraqlıdır

Mərakeş Krallığı Parlamenti Nümayəndələr Palatasının sədri Abdelvahed Radinin başçılığı ilə Azərbaycanda səfərdə olan nümayəndə heyəti sentyabrın 24-də Milli Məclisə gəlmişdir. Parlamentin binası önündə qonaqları Milli Məclisin sədri Oqtay Əsədov və digər rəsmi şəxslər qarşıladılar. Nümayəndə heyəti əvvəlcə Milli Məclisin yeni inzibati binası və iclas zalı ilə tanış olmuşdur. Sonra qonaqlar parlamentin binasındakı Heydər Əliyev xatirə zalına baxmışlar.
Burada onlara ümummilli liderin həyat və fəaliyyətini, xarici ölkələrə səfərlərini əks etdirən, eləcə də dünyanın tanınmış ictimai, siyasi və dövlət xadimləri ilə keçirdiyi görüşlərdən bəhs edən fotoşəkillər, eksponatlar barədə ətraflı məlumat verilmişdir. Ulu öndər Heydər Əliyevin zəngin irsi Mərakeş nümayəndə heyətində dərin təəssüratlar yaratmışdır.
Abdelvahed Radi buradakı fəxri qonaqlar üçün xatirə kitabına ürək sözlərini yazmışdır.
Sonra Mərakeş Krallığı Parlamenti Nümayəndələr Palatasının sədri Abdelvahed Radi Milli Məclisin sədri Oqtay Əsədovla görüşmüşdür.
Oqtay Əsədov dəvəti qəbul edib Azərbaycana səfərə gəldiyinə görə minnətdarlıq etmiş və bu səfərin ölkələrimiz arasında əlaqələrin hərtərəfli inkişafına təkan verəcəyinə əmin olduğunu bildirmişdir.
Mərakeşin yerləşdiyi bölgədə nüfuzlu dövlət olduğunu vurğulayan sədr demişdir ki, biz eyni dinə, yaxın mədəni əlaqələrə malik ölkələrik. Azərbaycan Mərakeş Krallığı ilə münasibətlərin inkişafına böyük önəm verir. İnanırıq ki, daha yüksək səviyyəli səfərlər bizim əlaqələrimizin hərtərəfli inkişafına böyük töhfələr verəcəkdir.
Oqtay Əsədov bildirmişdir ki, ölkələrimiz arasında 7 mühüm sənəd imzalanmış, 20-si isə imzalanma mərhələsindədir. Amma iqtisadi əlaqələrimizin hazırki səviyyəsi mövcud potensiala uyğun deyildir. Artıq hökumətlərarası müştərək komissiya da yaradılmışdır. İnanırıq ki, bu komissiya bütün sahələrdə əməkdaşlığımızın genişlənməsində, münasibətlərimizin inkişafında mühüm rol oynayacaqdır.
Milli Məclisin sədri dövlətlərarası əlaqələrin inkişafında parlamentlərin rolunu xüsusi qeyd etmişdir. Bildirmişdir ki, deputatlarımız beynəlxalq təşkilatlarda qarşılıqlı maraq kəsb edən məsələlərdə eyni mövqedən çıxış edirlər. Hər iki ölkənin parlamentində dostluq qrupları fəaliyyət göstərir. Arzu edərdik ki, bu qruplar fəaliyyətlərini daha da genişləndirsinlər.
Sonra Oqtay Əsədov Azərbaycanın iqtisadi inkişafı, regionda həyata keçirilən irimiqyaslı layihələrdəki rolu, eləcə də Dağlıq Qarabağ münaqişəsi barədə qonaqlara ətraflı məlumat vermiş, ölkəmizin ədalətli mövqeyini dəstəklədiyinə görə Mərakeş Krallığına təşəkkürünü bildirmiş, bu siyasətin bundan sonra da dəyişməyəcəyinə əminliyini ifadə etmişdir.
Abdelvahed Radi onlara göstərilən yüksək qonaqpərvərliyə və xoş sözlərə görə minnətdarlığını bildirmişdir. O demişdir ki, Mərakeşdə Azərbaycanı çox sevirlər. Biz də bu səfərə böyük önəm veririk. Çünki bu səfər qardaşlıq və dostluq əlaqələrimizin, həmrəyliyimizin güclənməsinə, dövlətlərimizin və xalqlarımızın mənafeyinə xidmət edir. Qonaq vurğulamışdır ki, əlaqələrimizin inkişafında heç bir çətinlik yoxdur. Bu da ondan irəli gəlir ki, hər iki ölkədə bunun üçün böyük siyasi iradə, eyni istiqamətə yönəlmiş fəaliyyət proqramı vardır.
Mərakeş də Azərbaycan kimi demokratik inkişaf yolunu seçmişdir. İnanıram ki, bizim qarşılıqlı səfərlərimiz, keçirdiyimiz görüşlər bu işdə də bizə böyük səmərə verəcəkdir.
Qonaq demişdir ki, Mərakeşdə Azərbaycanın Dağlıq Qarabağ problemini yaxşı başa düşürlər. Çünki bizim də ərazi bütövlüyümüz pozulmuşdur. Mərakeş Krallığı bu problemlə bağlı rəsmi Bakının nümayiş etdirdiyi mövqeyi yüksək qiymətləndirir. Biz hər bir problemin sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə tərəfdarıq.
Sonra parlamentlərarası, eləcə də elm, təhsil, mədəniyyət, humanitar, iqtisadi sahələrdə əlaqələrin inkişaf perspektivləri, beynəlxalq əməkdaşlıq, deputatlarımızın qarşılıqlı səfərləri və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Görüşdə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, Mili Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak etmişlər.{nl}


Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilmişdir
Sentyabrın 24-də Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının növbəti iclası keçirilmişdir.
ARDNF-dən bildirmişlər ki, Azərbaycan Respublikasının Baş naziri, Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri Artur Rasizadənin sədrliyi ilə keçirilən iclasda fondun 2010-cu il büdcəsində dəyişikliklərin edilməsi məsələsinə baxılmışdır.
Müşahidə Şurası fondun 2010-cu il büdcəsinə təqdim olunmuş dəyişiklikləri məqbul hesab etmiş və həmin dəyişikliklərin təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim olunmasını qərara almışdır.

{nl}

AzərTAc

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında