İki demokratın səfir təyinatına mane olması ABŞ-ın maraqlarını risk altına alır

Milli maraqlara göz yummaq hesabına ən qorxaq himayə mükafatına bu həftə senatorlar Barbara Bokser və Robert Menendez namizəddirlər
ABŞ-ın nüfuzlu "The Washington Post" qəzetinin 2-4 sentyabr tarixli nömrəsində "İki demokratın səfir təyinatına mane olması ABŞ-ın maraqlarını risk altına alır" sərlövhəli məqalə dərc olunmuşdur. AzərTAc həmin məqaləni oxuculara təqdim edir.
Məqalədə deyilir: "Senata yenidən seçiləcəyi sual altında olan xanım Bokser və Demokrat Senat Kampaniyası üzrə Komitənin rəhbəri cənab Menendez Mətyu Brayzənin Cənubi Qafqazda strateji əhəmiyyətə malik, enerji resursları ilə zəngin olan Azərbaycana səfir təyinatının əleyhinə çıxırlar. Hər iki senatorun bu mövqeyini yalnız əksəriyyətinin Kaliforniyada yaşadığı Amerika ermənilərini təmsil etdiyini iddia edən Amerika Erməni Milli Konqresi adlı ziyankar lobbi müdafiə edir.
Çərşənbə günü Amerika Erməni Milli Konqresi göndərdiyi sevinc dolu məktubda bildirirdi ki, Bokser Senatın Xarici Əlaqələr Komitəsində namizədliyi artıq təsdiq olunmuş Brayzənin yaxın günlərdə Senatda təsdiqinə veto qoyub və Menendez də onun bu mövqeyinə qoşulmuşdur.
Brayzənin siyasi mübarizənin hədəfi olması inandırıcı deyildir. Həm respublikaçılar, həm də demokratlar tərəfindən müsbət qarşılanan Brayzə ötən 13 il ərzində Milli Təhlükəsizlik Şurasında və Dövlət Departamentində xidmət etməklə ABŞ-ın Qafqazda maraqlarını müdafiə etmişdir. Son üç ildə isə o, Azərbaycan və Ermənistan arasında sülhü bərqərar etmək üçün yaradılmış Minsk qrupunun həmsədri kimi fəaliyyət göstərmişdir. Brayzə hər iki tərəfin etimadını qazanmışdır, hər iki hökumət onun namizədliyini müdafiə edir.
Bəs, Bokser nəyə etiraz edir? Senator iddia edir ki, Brayzə Azərbaycanın Ermənistana qarşı getdikcə artan təzyiqləri müqabilində qətiyyətli mövqe nümayiş etdirmir. Bu gülüncdür. Brayzə Dövlət Departamentinin yüksək rütbəli məmurlarının göstərişləri əsasında digər namizədlər kimi hərəkət etmişdir - hər iki tərəfin zorakılıq nümayiş etdirməsinə qarşı Obama administrasiyasının səsləndirdiyi bəyanatları sadəcə olaraq təkrarlamış və münaqişənin hərb yolunun istisnasında təkid etmişdir. Burada əsas məsələ Brayzənin bəyanatları deyil, onun əsl amerikalı kimi hərəkət edərək təcavüzün qarşısını almağa yönələn sülh səylərində məlum vasitəçilik fəaliyyətidir. Cənab Menendez Amerika Erməni Milli Konqresinin iyrənc təbliğatına züy tutaraq Brayzənin Türkiyə ilə çox yaxın əlaqələrini sual altına almışdır -diplomatın həyat yoldaşı Türkiyə əsilli alim Zeyno Barandır. ABŞ diplomatının həyat yoldaşının etnik mənşəyindən ona qarşı istifadə etmək əxlaq normalarından kənardır (cənab Menendezin təşkilatı onun Brayzənin həyat yoldaşı ilə bağlı narahat olması haqqında yayılan fikirləri təkzib edərək bildirmişdir ki, senatoru narahat edən əsas səbəb diplomatın Türkiyənin hökumət rəsmiləri ilə olan əlaqələridir. Həmin rəsmilərin adı və NATO-nun əsas müttəfiqi ilə əlaqələrin niyə narahatlıq yaratması ilə bağlı sualımız isə cavabsız qaldı).
Ermənistanın maraqlarını müdafiə etdiyini iddia edən Amerika Erməni Milli Konqresi dəfələrlə bu maraqlara zərbə vurmuşdur. Bu təşkilatın lobbiçiliyi Ermənistan və Türkiyə, Ermənistan və Azərbaycan arasında barışığı daha da çətinləşdirmiş, beləliklə də, Ermənistanın zəifləməsini və Rusiyadan asılılığını daimi etmişdir. Əgər Amerika Erməni Milli Konqresi Brayzənin ABŞ-ın Azərbaycana səfir təyinatına əngəl yaratmağa nail olsa, bu, rəsmi Vaşinqtonun Qafqazda nüfuzunu azaldacaq və müharibə ehtimalını daha da artıracaqdır. Həmin maraqlara xidmət etməklə, xanım Bokser və cənab Menendez özlərini rüsvay edirlər".{nl}

AzərTAc

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında