Dövlət başçısı xalqa xidmət səviyyəsini daha da yüksəltməyi xüsusi vəzifə kimi qarşıya qoydu

Heydər Əliyev Mərkəzində keçirilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransın materialları ölkə ictimaiyyəti tərəfindən maraqla qarşılanır.

Konfransda iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin geniş nitqində bir sıra aktual məsələlərə toxunulmuş və baş verən dinamika şərh edilmişdir. Dövlət başçısının öz nitqində korrupsiya hallarını, bəzi məmurların özbaşınalığını xüsusi qeyd etməsi və onların cəzasız qalmayacağını bildirməsi diqqətçəkən məqamlardan biri olmuşdur. Bu barədə “Soyqırımı Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin sədri Ceyhun Ələkbərov bizimlə öz fikirlərini bölüşdü. O dedi:

– Azərbaycan Prezidenti İlham Əliyevin konfransdakı nitqi həmişəki kimi öz prinsipiallığı, ədalətliliyi ilə seçildi. Dövlətin ən yüksək çinli məmurlarının iştirakı ilə keçən müşavirələrdə hər zaman belə qətiyyətli fikirlər söyləməsi, onların xalqı narazı saldıqları təqdirdə cəzasız qalmayacaqlarını bildirməsi vətəndaşların ürəyindən xəbər verir. Biz hər dəfə ölkə rəhbərinin çıxışlarında Dağlıq Qarabağ münaqişəsi ilə yanaşı, həm də sosial-rifah, məmur-əhali münasibətlərinə nə dərəcədə həssas yanaşmasının şahidi oluruq.

Prezident bildirdi ki, məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalq üçün işləyirlər, onlar xalqın xidmətçiləridir. Dövlət başçısı qeyd etdi ki, xalqın birinci xidmətçisi prezident olmalıdır, çünki xalq bizə inanıb, bizə bu missiyanı aparmağı həvalə edib, tapşırıb.

Prezident həmçinin qeyd etdi ki, məmurlar, dövlət qurumlarının nümayəndələri xalqla bir yerdə olmalıdırlar, onların qayğıları ilə yaşamalıdırlar, kobudluğa, yekəxanalığa yol verilməməlidir.  Doğrudur, ölkə başçısı işgüzar, təşəbbüskar və təvazökar məmurları da vurğuladı:  “Əksər hallarda məmurlarla bağlı müsbət mənzərə müşahidə olunur.” Əlbəttə, Prezident yaxşı çalışan məmuru da, pis çalışan, xalqı incidən məmuru da hamıdan yaxşı tanıyır. Ancaq qeyd etdiyi kimi,  mənfi mənzərə ilə üzləşəndə tədbir də görülür, məmurlar cəzalandırılır. Etimadı doğrultmayan məmurlar bundan sonra da cəzalandırılacaqlar.

 Bu çıxış, əslində, xalqla dövlət başçısının arasında maneə yaratmaq istəyən qüvvələrə bir mesaj idi. Bu qüvvələr həm daxildə, həm də xaricdə ola bilər. Yerlərdə narazılıq yaratmaqla məqsədlərinə nail olmaq istəyən xaricdən maliyyələşən bəzi qüvvələrin arzularına çatmaması üçün həm məmurlar, həm də bütün cəmiyyət maraqlı olmalıdır.

Anar TURAN,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında