Mərkəzi Seçki Komissiyasının iclası

Sentyabrın 23-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilmişdir.
MSK-nın mətbuat xidmətindən bildirmişlər ki, əvvəlcə Mərkəzi Seçki Komissiyasının 2010-cu il 18 sentyabr tarixli iclasının protokolu təsdiq edilmişdir.
Sonra 2010-cu il noyabrın 7-də keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar "Qarabağ", "İnsan naminə" və "AXCP-Müsavat" siyasi partiyalar bloklarının, Azərbaycan Sosial Demokrat, Azərbaycan Liberal Demokrat, Ana Vətən və Müasir Müsavat partiyalarının səlahiyyətli nümayəndələrinin qeydə alınması barədə qərar qəbul edilmişdir.
İclasda 12 saylı Qaradağ-Yasamal-Binəqədi və 50 saylı Qobustan-Xızı-Sumqayıt seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilmişdir.
Komissiyanın iclasında cari məsələlərə də baxılmışdır.
İclasda Milli Demokratiya İnstitutunun (ABŞ) və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında