ABŞ konqresmeni Senatı Mətyu Brayzənin namizədliyini tam tərkiblə dəstəkləməyə çağırır

ABŞ Konqresində Azərbaycan üzrə işçi qrupunun fəal üzvlərindən biri Maykl MakMahon Senatın xarici münasibətlər komitəsinin Azərbaycanda səfir vəzifəsinə Mətyu Brayzənin namizədliyini dəstəkləmək haqqında qərarını alqışlamışdır. Konqresmenin bu haqda verdiyi bəyanatında bildirilmişdir ki, Azərbaycan terrora qarşı mübarizədə ABŞ-ın mühüm tərəfdaşıdır.
Bununla yanaşı, Azərbaycan Avropanın və bölgənin təhlükəsizliyi üçün vacib enerji hasilatçısı və dəhlizdir. Konqresmen MakMahon Senat komitəsinin dəstəyini qazanan Mətyu Brayzənin namizədliyinin dərhal Senatın tam tərkibli səsverməsinə çıxarılacağına ümid etdiyini bildirmişdir. Əks-təqdirdə bu, ABŞ-ın bölgədəki maraqlarını artan təhlükə altına alacaqdır. Xatırladaq ki, Azərbaycan üzrə işçi qrupunun üzvü cənab MakMahon hələ iyul ayında Senatın xarici münasibətlər komitəsinin sədri Con Kerri və respublikaçı azlığın başçısı Riçard Luqara məktubla müraciət edərək, ATƏT-in Minsk qrupunun sabiq amerikalı həmsədri və dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə sabiq köməkçisi Mətyu Brayzənin namizədliyini dəstəkləməyə çağırmışdır.
ABŞ-da fəaliyyət göstərən Azərbaycanın icma təşkilatları da birgə bəyanatla çıxış edərək, Mətyu Brayzənin Azərbaycana səfir namizədliyinin lehinə səs verən Senat üzvlərinə minnətdarlıq ifadə etmişdir. Diaspor liderləri diqqətə çatdırmışlar ki, sentyabrın 21-dəki səsvermə zamanı Senatın kaliforniyalı üzvü Barbara Bokserin "cənab Brayzənin Azərbaycanın Dağlıq Qarabağa qarşı təcavüzünü pisləməkdən boyun qaçırması" barədə ikiüzlü iddiası Azərbaycanın Dağlıq Qarabağ da daxil olmaqla, BMT tərəfindən tanınan suveren ərazilərinin beşdəbir hissəsinin 17 ildir ki, Ermənistanın işğalı altında olması və əhalisinin etnik təmizləməyə məruz qalması faktları qarşısında əsassızdır. Birgə bəyanatda qeyd edilir ki, Mətyu Brayzənin namizədliyi ilə bağlı qeyri-qanuni hərəkətlər Vaşinqtonda fəaliyyət göstərən anti-türk maraq qruplarından qaynaqlanır və kiminsə namizədliyinə qarşı deyil, sadəcə ABŞ-ın Azərbaycanda təmsilçisinin yoxluğunu bir qədər də uzatmağa yönəlmişdir.

{nl}

Şəfəq AKİFQIZI AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında