Prezident İlham Əliyev bir daha göstərdi ki, Azərbaycanda dövlət siyasətinin mərkəzində insan amili dayanır

“Prezident İlham Əliyev daha bir humanist addım atdı. Dövlət başçısının tapşırığına əsasən, Tarif Şurasının növbədənkənar iclasının keçirilməsi, neft məhsullarının qiymətlərinə yenidən baxılması və tariflərin tənzimlənməsi barədə yeni qərarın qəbul edilməsi ölkədə həyata keçirilən sosialyönümlü siyasətə xalqın etimad və inamını daha da artırdı”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib. Millət vəkili sözünün davamında bildirib:

- Bu addımı atmaqla Prezident İlham Əliyev dövlət siyasətinin mərkəzində insan amili dayandığını bir daha təsdiqlədi. Möhtərəm İlham Əliyev dəfələrlə bəyan edib ki, insanların yüksək rifahı və firavan yaşaması Azərbaycanda dövlət siyasətinin prioritetidir. Sosialyönümlülük bu siyasətin əsas xəttini təşkil edir. Dövlət başçısı hər bir addımında, verdiyi bütün qərarlarda, hər şeydən əvvəl, insanların mənafeyini  düşünür.

Cəmiyyət Prezident İlham Əliyevin belə humanist addımlarının vaxtaşırı şahidi olur. Ölkə əhalisinin mavi yanacaqla bağlı borcunun silinməsi, keçmiş SSRİ banklarına qoyulmuş pul əmanətlərinin qaytarılması və s.dediklərimizə parlaq misaldır. Dövlət başçısı İlham Əliyev hər bir azərbaycanlının prezidenti olacağı barədə vədinə ötən illərdə daim şərəflə əməl edir,  xalqımızın ona göstərdiyi etimadı ən yüksək səviyyədə doğruldur.

Dünya bazarında neftin qiymətinin kəskin aşağı düşdüyü, büdcə gəlirlərinin xeyli azaldığı bir vaxtda Prezidentin Tarif Şurasının neft məhsullarına tətbiq etdiyi əlavəni ləğv etməsi onun həqiqi xalq lideri olduğunu bir daha sübut etdi.

“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında