Mərkəzi Seçki Komissiyasında görüş

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov sentyabrın 22-də ABŞ-ın ölkəmizdəki müvəqqəti işlər vəkili Adam Sterlinq ilə görüşmüşdür.
MSK-nın mətbuat xidmətindən bildirmişlər ki, ABŞ-ın Azərbaycanın dostu və strateji müttəfiqi olduğunu xatırladan Məzahir Pənahov bu ölkənin müvəqqəti işlər vəkili ilə görüşdən məmnunluq duyduğunu bildirmişdir.
MSK ilə ABŞ səfirliyi arasında uzun müddətdən bəri sıx əməkdaşlığın mövcud olduğunu vurğulayan Adam Sterlinq Azərbaycanın çox mühüm bir hadisə ərəfəsində olduğunu qeyd etmiş və Milli Məclisə seçkilərlə bağlı vəziyyətlə maraqlanmışdır.
MSK sədri seçkilərin keçirilməsinə dair qanunvericiliyin tələbləri və görülən işlər barədə qonağa ətraflı məlumat vermişdir.
Görüşdə qarşıdan gələn seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyası ilə ABŞ səfirliyi arasında əməkdaşlığa dair fikir mübadiləsi aparılmışdır.{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında