Mehmet Perinçək: Rusiya arxivlərindəki sənədlər də ermənilərin köçürülməsinə dair qərarın hüquqi cəhətdən doğru olduğunu göstərir

İstanbulda keçirilən “XIX-XX əsrlərdə türk-erməni münasibətləri” beynəlxalq simpoziumunun ikinci hissəsində çıxış edən professor Tofiq Mustafazadə, Osmanlı torpaqları üzərində öz niyyətlərini həyata keçirmək məqsədilə çar Rusiyasının ermənilərə verdiyi dəstəyi arxiv sənədləri əsasında nümayiş etdirib.

APA - nın Türkiyə müxbiri xəbər verir ki, Almaniyanın təlqin və nəzarəti altında Osmanlı imperiyasında “erməni islahatı” proqramının I dünya müharibəsinin başlanmasına görə həyata keçirilə bilmədiyini xatırladan professor T. Mustafazadə Osmanlı imperiyasının qəbul etdiyi “erməniləri başqa yerlərə köçürmə qərarının hər cəhətdən haqlı qərar olduğunu” vurğulayıb.

Simpoziumda çıxış edən millət vəkili, professor Musa Qasımlı 1915-ci ilin yanvar-may ayları arasındakı diplomatik yazışmalara istinad edərək, əslində Osmanlı imperiyasının Şərq bölgələrindəki əsas problemin ermənilərlə kürd tayfaları arasında yaşandığını deyib. İmperiyanın erməni mənşəli vətəndaşlara etibar etməsinin imperiya  üçün son dərəcə acı nəticələr doğurduğuna işarə edən Musa Qasımlı “Xarici işlər naziriniz və poçt-telqraf idarəsi rəisiniz erməni mənşəli olarsa, yaşayacağınız aqibətin vahiməli olacağı qaçılmazdır” - deyə vurğulayıb. Osmanlı imperiyasının “soyqırımı” törətmədiyini bildirən professor Qasımlı çıxışını “Soyqırımını 1918-ci ildən başlayaraq ermənilər sistemli şəkildə türklərə qarşı törədib. Ermənistan SSR ”terrora dəstək verən" bir yer olub. Ən böyük soyqırımını isə ermənilər 1992-ci ildə dünyanın gözü qabağında Xocalıda türklərə qarşı həyata keçirib. “Erməni soyqırımı” uydurma bir şeydir, türklər heç kimi soyqırımına məruz qoymayıblar” sözləri ilə bitirib.

İstanbul Universitetinin müəllimi, tarix elmləri doktoru Mehmet Perinçək simpoziumdakı çıxışında  Rusiya hərbi arxivlərindən əldə etdiyi materiallar əsasında 27 may 1915-ci ildə qəbul edilmiş “köç” qərarına qədər erməni bandalarının Şərqi Anadoluda və Qafqazda törətdikləri qətl,  soyğunçuluq, basqın hərəkətləri barədə danışıb: “Bu materiallar o vaxt Osmanlıyla savaş halında olan düşmən ölkənin arxivlərindən əldə edilib. Ermənilərin əməlləri hələ 27 may 1915-ci ildə qəbul edilmiş ”köç" qərarına qədər rus hərbi məhkəmələri tərəfindən sərt şəkildə cəzalandırılmışdı. Arxiv materialları İttihad və tərəqqi hökumətinin qəbul etdiyi “köç” qərarının siyasi cəhətdən olduğu kimi, hüquqi cəhətdən tamamilə doğru olduğunu və buna görə də 1915-ci ildəki hadisələrin “soyqırımı” kimi xarakterizə edilə bilməyəcəyini göstərməkdədir”, – deyə M.Perinçək vurğulayıb.

Qeyd edək ki, “XIX-XX əsrlərdə türk-erməni münasibətləri” mövzusunda İstanbul Universitetində keçirilən beynəlxalq simpozium yanvarın 6-7-də davam edəcək.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında