Milli Məclisin deputatları NATO PA Alt Komitəsinin üzvləri ilə görüşmüşlər

Aprelin 12-də Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ölkəmizdə səfərdə olan NATO Parlament Assambleyasının Siyasi Komitəsinin NATO tərəfdaşlığı üzrə Alt Komitəsinin nümayəndələri ilə görüşmüşlər.
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov qonaqları salamladıqdan sonra Polşa Prezidentinin və dövlət başçısını səfərdə müşayiət edən yüksək vəzifəli dövlət məmurlarının faciəli şəkildə həlak olmasından təəssüfləndiyini bildirdikdən sonra faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
S.Seyidov qonaqlara parlamentin qanunvericilik bazası, Milli Məclisin beynəlxalq əlaqələri, ölkədə həyata keçirilən islahatlar barədə məlumat vermişdir. O demişdir ki, Azərbaycan beynəlxalq təşkilatlar, eləcə də NATO ilə səmərəli əməkdaşlığa böyük önəm verir.
Komitə sədrinin müavini Gültəkin Hacıbəyli bildirmişdir ki, ölkəmizin iqtisadi sahədə uğurlu layihələrə imza atmasına baxmayaraq, xalqımızın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsi hələ də öz həllini tapmamışdır. Bu da təkcə Azərbaycanın deyil, bütövlükdə Cənubi Qafqazın inkişafına böyük maneə törədir. Ermənistan hələ də Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayır, 1 milyondan artıq vətəndaşımız qaçqın və məcburi köçkün həyatı yaşayır. Amma bu ölkə BMT Təhlükəsizlik Şurasının, Avropa Şurasının və digər beynəlxalq təşkilatların qəbul etdikləri qətnamə və qərarlara məhəl qoymur. Ermənistanın əsassız iddialarından əl çəkməyəcəyi təqdirdə xalqımızın hərb yolu ilə torpaqlarını azad etmək məcburiyyətində qalacağı vurğulanmışdır.
NATO PA nümayəndə heyətinin rəhbəri Rayner Stinner ətraflı məlumata görə təşəkkürünü bildirmişdir. Qeyd edilmişdir ki, nümayəndə heyətinin üzvləri dəfələrlə Azərbaycanda olmuşlar. Bu səfər zamanı Azərbaycanda müşahidə olunan sürətli inkişaf olduqca müsbət təəssürat yaratmışdır. Bakı həddən artıq gözəlləşmişdir.
Sonra nümayəndə heyətinin üzvləri çıxış edərək, səfər müddətində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə aldıqları yeni məlumatların bir daha nəzərdən keçiriləcəyini, bundan sonra bu problemin həllində səylərin daha da gücləndiriləcəyini bildirmişlər.{nl}

AzərTAc

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında