Yeni ili birlik və həmrəylik şəraitində qarşılayırıq

Ömrümüzdən  bir il də ötür, 2014-cü il tarixə qovuşur.  Bir ənənə olaraq qardaş Türkiyədə yaşayan və təhsil alan soydaşlarımız  Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramlarını böyük ruh yüksəkliyilə qeyd edirlər. Biz, Əskişəhər Osmanqazi  Univesitetində təhsil alan azərbaycanlı gənclər də əlamətdar  tarixi bayramları birlik və həmrəylik şəraitində qarşılayaraq 1915-ci ilə qədəm qoyuruq. Yüksək dəyərlərə malik olan universitetdə təhsil alan tələbələr dünya standartlarında peşə, sənət, bilik və bacarıqlara sahib olmaq üçün  əzmkarlıqla çalışırlar.  Bu sırada azərbaycanlı  tələbələrimiz təhsillə yanaşı, ictimai tədbirlərdə böyük fəallıq və  vətənpərvərlik numunəsi göstərirlər.

Mən də öz növbəmdə fəxr edirəm ki, ümummilli liderimiz Heydər Əliyevin təsis etdiyi Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin  sırasındayam. Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş  gənclər siyasətinin qardaş ölkədə təbliğatçılarından biriyəm.  Ümummilli liderimiz gənclərin inkişafına,onların inkişaf etmiş dövlətlərdə təhsil almalarına xüsusi diqqət yetirir,  Azərbaycanın parlaq gələcəyinin yalnız savadlı, bilikli, intellektual səviyyəsi yüksək olan gənclərdən asılı olduğunu bildirirdi.Ümummilli liderimizin siyasi kursunu  ləyaqətlə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev  rəhbərliyə başladığı gündən gəncliyin inkişafını prioritet vəzifə kimi qarşıya qoymuşdur.Bu gün  iftixar hissi ilə demək olar ki, Prezident İlham Əliyevin təsdiq etdiyi “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” gənclərin xaricdə təhsilinə geniş imkanlar açmışdır. Dünyanın bir sıra ölkələrində olduğu kimi, qardaş Türkiyədə  təhsil alan azərbaycanlı tələbələr  dövlətimizin qayğıları ilə əhatə olunaraq yüksək ixtisaslara yiyələnir, öz potensial və imkanlarına görə digər ölkələrin gənclərindən irəlidə gedirlər.

 Yola saldığımız  2014-cü ildə Türkiyə – Azərbaycan Qardaşlıq Platformasının xətti ilə bir sıra tədbirər keçirdik. İlk tədbirimiz xalqımızın unudulmaz, sağalmayan yarası olan Xocalı soyqırımını Əskişəhər ictimaiyyətinə və burada təhsil alan, xaricdən gələn tələbə və müəllimlərə çatdırmaq oldu. Xalqımızın tarixində mühüm yer tutan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində respublikamızın ədalətli mövqeyi, ərazilərimizin 20 faizinin işğal edilməsi, nəticədə bir milyondan artıq qaçqın və məcburi köçkünümüzün olması faktına diqqəti cəlb etdik. Eləcə də 20 Yanvar faciəsi, 31 Mart Azərbaycanlıların soyqırımı günlərini  qeyd etdik.

Məqsəd və məramımız  ölkələr arasında dostluq münasibətlərini möhkəmləndirmək,  qardaşlıq duyğularını sıxlaşdırmaq, araşdırmalar aparıb  yeni imkanları üzə çıxarmaqdır. Ulu öndərimiz Heydər Əliyevin siyasətinin  möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən davam etdirilməsi sahəsində qazanılmış uğurların təbliği, Türkiyə və Azərbaycanın tanıdılması, Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunması, azərbaycanlı tələbələrin Türkiyə universitetlərinə, türk tələbələrinin Azərbaycan universitetlərinə səfərlərinin təşkili, tarixi günlərin və bayramların keçirilməsi və hazırlanması, alim, yazıçı və şairlərlə görüşlər bizim tədbirlərdir. Bu görüşlərdə Azərbaycanın sürətli sosial-iqtisadi yüksəlişi barədə xarici tələbələrə dolğun məlumatlar veririk. Milli-mənəvi dəyərlərimiz olan bayramlarımızı,  tarixi  günləri birlikdə qeyd edirik.

Hazırda elm və texnologiya yetərincə inkişaf etmişdir. Bir millət, iki dövlət olan ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsi naminə bütün səylərimizi sərf edirik. Azərbaycanın son illərdəki böyük uğurları, sürətli inkişafı, dünyada durmadan artan nüfuzu qəlbimizi dağa döndərir, azərbaycanlı olmaq şərəfini daha da artırır. Möhtərəm Prezidentimiz İlham Əliyevin məqsədyönlü siyasəti  sayəsində ölkəmizin daha da qüdrətlənməsi və güclənməsi, dünya birliyində daha da layiqli yer tutmasına geniş imkanlar açılmışdır.

Yeni ildə universitetimizin Gənclər Birliyi var qüvvəsini qarşıda duran vəzifələrin yerinə yetirilməsinə, təhsil, dərin bilik qazanmağa, qardaşlıq, dostluq əlaqələrinin, vətənpərvərlik hisslərinin daha da güclənməsinə sərf edəcəkdir. Bu əlamətdar bayramlar münasibətilə bütün xalqımızı təbrik edir, yeni ildə bütün soydaşlarımıza yeni uğurlar, cansağlığı və səadət arzulayıram.

Elvin ƏJDƏRLİ,
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvü,
Türkiyənin Əskişəhər Osmanqazi Universitetinin siyasət elmləri və dövlət idarəçiliyi fakültəsinin tələbəsi,
Universitet Gənclər Birliyinin Xarici Əlaqələr Departamentinin rəhbəri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında