Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilmişdir

Sentyabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Azərbaycan Respublikasının Milli Məclisi və Naxçıvan Muxtar Respublikasının Ali Məclisi seçkilərinə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məhərrəm Qasımov müzakirə olunan məsələ ilə əlaqədar çıxış etmiş, nazirlik, komitə və baş idarələrin rəhbərləri seçkilərə hazırlığın mövcud vəziyyəti barədə məlumat vermişlər.
Ali Məclisin sədri Vasif Talıbov aidiyyəti orqanlara tapşırıqlar vermiş və demişdir ki, seçkilər Azərbaycan Respublikası Seçki Məcəlləsinin və "Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun tələblərinə uyğun təşkil edilməli, Seçki Məcəlləsinin Milli Məclisə seçkilərlə bağlı tələbləri və "Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında" Qanun qəzet və televiziyada ətraflı işıqlandırılmalı, maarifləndirmə işləri aparılmalıdır.
Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri vətəndaşların öz iradələrini azad şəkildə, heç bir maneə olmadan ifadə etmələrinə tam şərait yaratmalı, Ali Məclisə seçkilər üzrə yaradılmış seçki dairələri və seçki məntəqələri lazım olan inventar və avadanlıqla təmin olunmalıdır. Səsvermə günü yerli icra hakimiyyəti orqanları seçki komissiyalarını nəqliyyat vasitələri ilə təmin etməli, bir inzibati binada yerləşən seçki məntəqələrində fəaliyyət göstərən hər iki komissiyanın üzvləri ilə yanaşı, müşahidəçilərin, səlahiyyətli nümayəndələrin, vəkillərin və kütləvi informasiya vasitələrinin nümayəndələrinin də eyni zamanda işləmələri üçün lazımi şərait yaradılmalı, seçicilərin seçkidə iştiraklarını maksimum təmin etmək üçün bütün tədbirlər görülməlidir.
MSK məntəqələrin komissiya üzvləri ilə maarifləndirici seminarlar keçirməli, müvafiq seçki komissiyaları ilə razılaşdırmaqla şəhər və rayon mərkəzlərində, seçki dairələrinin və seçki məntəqələrinin ətrafında namizədlərin təbliğat materialları üçün stendlər hazırlamalı, şəhər və rayon icra hakimiyyəti başçıları qeydə alınmış namizədlər üçün Seçki Məcəlləsinin və qanunvericiliyin tələblərinə uyğun olaraq təbliğat və təşviqat aparılması üçün müvafiq yerlər ayırmalıdırlar.
Ali Məclisin sədri hüquq-mühafizə orqanları qarşısında duran vəzifələrdən də danışmışdır. O demişdir ki, məhkəmə və ədliyyə orqanlarının əməkdaşları seçkilərin keçirilməsi üçün qəbul olunmuş təlimatlar, izahatlar və qaydalar, komissiya üzvlərinin vəzifələri, görəcəyi işlər, xarici və yerli müşahidəçilərin vəzifə və səlahiyyətləri barədə kütləvi informasiya vasitələrində təbliğat və maarifləndirmə işlərinə cəlb olunmalı, seçki qanunvericiliyinin pozulması ilə bağlı daxil olmuş şikayətlərə qanunvericiliklə müəyyən olunmuş qaydada və müddətdə baxılmalıdır.
Bir sıra dövlət strukturlarının rəhbərləri görüləcək işlər haqqında məlumat verdikdən sonra müşavirə başa çatmışdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında