Əli HƏSƏNOV: Builki parlament seçkilərini daha demokratik, daha ədalətli, daha şəffaf keçirmək üçün bütün əsaslar vardır

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirmişdir ki, Yeni Azərbaycan Partiyasının açıqlanmış namizədlər siyahısı kifayət qədər yenilənmişdir.
Şöbə müdiri qeyd etmişdir ki, siyahıda partiyanın gənc üzvlərinə, təhsil, səhiyyə sahələrində, intellektual fəaliyyətlə məşğul olan sahələrdə çalışan gənclərə böyük etimad göstərilmişdir. Seçki prosesinin bir yarış olduğunu bildirən Əli Həsənov demişdir ki, hər bir partiya öz namizədini irəli sürür. Kimin qalib gəlməsini isə xalq müəyyən edir.
Seçkilərdə rayon icra hakimiyyətlərinin, polisin, digər dövlət qurumlarının roluna toxunan şöbə müdiri qeyd etmişdir ki, icra hakimiyyətləri inzibati resurslardan bu və ya digər namizədin xeyrinə istifadə etməməlidirlər. İcra hakimiyyətlərinin qanuna uyğun olaraq üzərilərinə düşən vəzifələri yerinə yetirməli olduqlarını söyləyən Ə.Həsənov demişdir: "Azərbaycan müstəqilliyə nail olduqdan sonra respublikada dördüncü parlament seçkisi keçiriləcəkdir. Hər bir seçkinin də öz problemləri, özünəməxsus çətinlikləri olmuşdur. Düşünürük ki, müşahidə olunan çətinliklər, problemlər bu seçkilərdə maksimum aradan qaldırılacaqdır. Amma əsas odur ki, inzibati resurslardan bu və ya digər namizədin və partiyanın, siyasi təşkilatın xeyrinə istifadə olunmasın. Yerli icra hakimiyyətlərinin əsas funksiyası ondan ibarətdir ki, onlar dairə ərazisində demokratik, ədalətli seçki üçün münbit şərait yaratsınlar. Düşünürəm ki, builki parlament seçkilərini daha demokratik, daha ədalətli, daha şəffaf keçirmək üçün bütün əsaslar vardır".
Prezident Administrasiyası rəsmisinin sözlərinə görə, Seçki Məcəlləsində hər bir qurumun vəzifələri müəyyən olunmuşdur. Eyni zamanda, Prezident İlham Əliyevin seçkilərin ədalətli keçirilməsi məqsədi ilə yerli icra hakimiyyətlərinin qarşısına vəzifə qoyan xüsusi bir sərəncamı vardır. Bu sərəncam keçən seçkilərdə verilmiş, bu seçkilərdə də öz qüvvəsini saxlamışdır. Seçki proseslərinə qeyri-qanuni müdaxilə etmək istəyən məmur, dövlət qulluqçusu qanuna uyğun olaraq cəzalandırılacaqdır.
Bir sıra özəl televiziyaların namizədlərin seçkiqabağı təbliğat kampaniyasını işıqlandırmaqdan imtina etməsi məsələsinə toxunan Ə.Həsənov demişdir: "Özəl strukturların fəaliyyətinə müdaxilə yolverilməzdir. Lakin buna baxmayaraq, biz bütün özəl mətbuat orqanlarının, o cümlədən elektron KİV-lərin seçki prosesinə qanunun imkan verdiyi həddə qatılmasını, namizədlərin seçkiqabağı təbliğat proseslərində qanuna müvafiq olaraq iştirakını məqbul hesab etmişik. Düşünürəm ki, seçki ab-havasının yaradılması məqsədi ilə özəl televiziyaların seçkidə iştirakı normal hal hesab olunmalıdır".
Bakı şəhərində və rayonlarda namizədlərin öz seçiciləri ilə görüş keçirmələri üçün bütün lazımi şəraitin yaradılacağını bildirən şöbə müdiri demişdir: "Əlbəttə, bu, kiminsə arzu etmədiyi, istəmədiyi yer ola bilər. Amma bütövlükdə bütün namizədlər üçün eyni şərait yaradılacaqdır. Hər bir namizəd üçün yaradılan şərait bütün namizədlər üçün də məqbul hesab olunacaqdır".{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında