TürkPA-nın yaradılması bütün türk dünyasının birliyinin əsasını qoymuşdur

Bakıda səfərdə olan Türkiyə və Qazaxıstan parlamentləri aparatlarının rəhbərləri sentyabrın 20-də Milli Məclisdə olmuşlar. Qonaqlar parlamentin binasındakı Heydər Əliyev Xatirə zalına, eləcə də iclas zalına baxmış, yeni inzibati bina ilə tanış olmuşlar.
Sonra Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyevlə görüş olmuşdur. Qonaqları səmimiyyətlə salamlayan Səfa Mirzəyev demişdir ki, biz vaxtilə türkdilli ölkələrin birliyini arzulayırdıq. Artıq bu birlik reallığa çevrilmişdir. TürkPA-nın yaranması bunun bariz təcəssümüdür. Biz TürkPA çərçivəsində əməkdaşlığı genişləndirməklə yanaşı, ikitərəfli əlaqələri də inkişaf etdirir, daha da möhkəmləndiririk. Bu yaxınlarda Azərbaycan parlamenti aparatının nümayəndə heyəti Türkiyədə səfərdə olmuş, Türkiyə Böyük Millət Məclisinin (TBMM) fəaliyyəti ilə yaxından tanış olmuş, təcrübə keçmişlər. Yaxın günlərdə isə TBMM aparatının nümayəndə heyəti Bakıya səfərə gələcəkdir. Biz bu cür səfərlərlə gözəl ənənənin əsasını qoyuruq. Hesab edirəm ki, bu ənənəni möhkəmləndirməli və davam etdirməliyik. Çünki təcrübə mübadiləsinin aparılması, əldə olunmuş təcrübənin bölünməsi bütün tərəflər üçün faydalıdır.
S.Mirzəyev TürkPA-ya üzv dövlətlərin parlament aparatları rəhbərlərinin görüşünün bu beynəlxalq təşkilat çərçivəsində, həm də ikitərəfli parlamentlərarası münasibətlərin genişləndirilməsində mühüm rol oynadığını bildirmişdir. O demişdir ki, görüşdə TürkPA-nın fəaliyyəti, gələcək planları və digər məsələlər müzakirə olunacaqdır. İnanıram ki, görüşümüz TürkPA-nın fəaliyyəti ilə bağlı məsələlərin dəqiqləşdirilməsinə, ikitərəfli parlamentlərarası əlaqələrin inkişafına, eləcə də təcrübə mübadiləsinin genişləndirilməsinə töhfə verəcəkdir.
Görüş üçün təşəkkürünü bildirən TBMM aparatının baş katibi Sadettin Kalkan demişdir ki, türk dünyasının böyük liderlərindən biri - Heydər Əliyevin qurduğu Azərbaycana gəlmək hər zaman xoşdur. Bakıya hər gəlişimizdə dinamik inkişafın şahidi oluruq.
Türkdilli ölkələrin birliyindən danışan S.Kalkan bildirmişdir ki, TürkPA-nın yaradılması bütün türk dünyasının birliyinin əsasını qoymuşdur. Birliyimizin daha da inkişaf etməsi və möhkəmlənməsi üçün bütün ölkələr birgə çalışmalı, səylərini artırmalıdırlar. İnanırıq ki, bu görüşümüz birliyimizin möhkəmlənməsinə öz töhfəsini verəcəkdir.
Qazaxıstan Senatı aparatı rəhbərinin müavini Berik Arın da TürkPA-nın təkcə üzv dövlətlər arasında deyil, bütün türkdilli ölkələr arasında əlaqələrin inkişafına töhfə verəcəyini bildirmişdir. O demişdir ki, bu cür görüşlər bir sıra problemlərin həlli və münasibətlərin daha da dərinləşməsində mühüm əhəmiyyət kəsb edir.
Görüşdə, həmçinin TürkPA-ya üzv dövlətlərin parlamentləri arasında əlaqələrin inkişafı, TürkPA-nın gələn ilin martında Qazaxıstanda keçiriləcək sammitinə hazırlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Görüşdə TürkPA-nın baş katibi Ramil Həsənov və onun Türkiyədən və Qazaxıstandan olan müavinləri iştirak etmişlər.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında