Avropa İnsan Haqları Məhkəməsində azərbaycanlı məcburi köçkünlərin Ermənistana qarşı qaldırdığı iddiaya baxılmışdır

Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) Böyük Palatasında "Çıraqov və başqaları Ermənistana qarşı" işi üzrə Dağlıq Qarabağdan olan azərbaycanlı məcburi köçkünlərin iddiasına baxılmış, dinləmələr keçirilmişdir.
Azərbaycanın AİMH-dəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov demişdir ki, sentyabrın 15-də keçirilmiş məhkəmə iclasında üçüncü tərəf kimi Azərbaycan hökuməti iştirak etmiş və mövqeyini bildirmişdir. Məhkəmə iclası çox yaxşı keçmişdir. Ermənistan tərəfi həmişəki kimi məhkəməyə yalan məlumatlar təqdim etmişdir. Ç.Əsgərovun qənaətinə görə, Azərbaycan tərəfinin mövqeyi məhkəməni qane etmişdir. Hakimlərin mövqeyinə gəldikdə, onlar problemin mövcudluğundan xəbərdardırlar və başa düşürlər ki, məsələ hüquqi müstəvidə həll olunmalıdır. Məhkəmə zamanı hakimlərin sualları daha çox Ermənistan tərəfə ünvanlanmışdır. Onların tərəf kimi təqdimatları isə həmişəki kimi bir-birinə uyğun gəlməmişdir.
Səlahiyyətli nümayəndənin sözlərinə görə, məhkəmə işində Azərbaycanın təqdim etdiyi sübutlar mühüm rol oynamışdır. Burada əsas məsələ Ermənistan dövlətinin işğal olunmuş ərazilərə nəzarət etdiyini sübut etmək idi. Beynəlxalq hüquqi sənədlərdə bu məsələ öz əksini tapmamışdır. Əgər AİHM bunu sübut etsə, bu Ermənistanın Azərbaycan torpaqlarını işğal və həmin ərazilərə nəzarət etməsinin əks olunduğu ilk məhkəmə qərarı olacaqdır. Əgər qərar müsbət olarsa, Ermənistan dövləti iddiaçılara təzminat ödəməli olacaqdır. Həmçinin, Avropa Şurasının Nazirlər Komitəsi həmin qərara nəzarət edəcəkdir.
Azərbaycan dövlətinin mövqeyi ondan ibarətdir ki, ilk növbədə bütün qaçqın və məcburi köçkünlər öz yurd-yuvalarına qayıtsın, sonra isə digər məsələlər öz həllini tapsın. Biz bunu məhkəmə iclasında da bildirmişik. Ermənistan dövləti isə istəyir ki, Dağlıq Qarabağın statusu müəyyən edilsin, qaçqın və məcburi köçkünlərin məsələsi isə bundan sonra həll edilsin.
Ç.Əsgərov AİHM-də Ermənistana qarşı 600 işin olduğunu və bu şikayətlərin sayının gündən-günə artdığını qeyd etmiş və bildirmişdir ki, "Çıraqov və başqaları Ermənistana qarşı" işi üzrə məhkəmə iclası yekunlaşmışdır. İndi məhkəmə öz mövqeyini bildirməlidir. Artıq bu iş üzrə məhkəmə bitmiş hesab oluna bilər. Hakimlərin müzakirələri yəqin bir-iki ay çəkəcək, sonra isə mövqelərini açıqlayacaqlar.
İddiaçılar Azərbaycanın altı vətəndaşı - Elxan və Adışirin Çıraqovlar, Ramiz Cəbrayılov, Akif Həsənov, Fəxrəddin Paşayev və Qara Cəbrayılovdur. Akif Həsənovdan başqa iddiaçıların hamısı hazırda Bakıda yaşayırlar. Laçın rayonundan olan bu şəxslər 1992-ci il mayın 17-də zorla evlərindən qovulmuş, onların mülkiyyəti ermənilərin əlinə keçmişdir.
Həmin şəxslər iddia ərizələrində bildirmişlər ki, Laçına qayıda bilmədiklərinə görə, öz mülkiyyətlərindən istifadə edə bilmirlər. Ermənistan hakimiyyəti isə buna rəğmən onların məruz qaldığı zərəri kompensasiya etməmişdir.
İddia ərizəsi Birinci İnsan Haqları Konvensiyasının 1-ci Protokolunun 1-ci (mülkiyyətin toxunulmazlığı), 8-ci (şəxsi həyatın toxunulmazlığı), 13-cü (ədalətli mühakimə hüququ) maddələrinə əsaslanır. İddiaçılar, həmçinin milli ayrı-seçkiliyə (14-cü maddə) məruz qaldıqlarını bildirərərk qeyd etmişlər ki, əgər erməni və xristian olsaydılar, onları evlərini tərk etməyə məcbur etməzdilər. Şikayət ərizəsi Avropa İnsan Haqları Məhkəməsinə 2005-ci il aprelin 6-da daxil olmuşdur.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında