Cerald ROBBİNS: Heydər Əliyev hakimiyyətdə olduğu illərdə Azərbaycanda sabitlik bərpa olundu

Amerika Xarici Siyasət Araşdırmaları İnstitutunun böyük elmi işçisi Cerald Robbins Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 11-ci ildönümü ilə əlaqədar, AzərTAc-ın Vaşinqton bürosuna eksklüziv müsahibə verib.

C.Robbins 1995-ci ildə, Cavadov qardaşlarının ölkədə dövlət çevrilişi etmək cəhdindən az sonra “Freedom House” təşkilatının Azərbaycan üzrə proqramlarının direktoru vəzifəsində fəaliyyətə başlayıb.

C.Robbins o dövrdə Azərbaycan dövlətçiliyinin təhlükəsizliyi üçün yaranmış təhdid mənbəyi barədə söhbət açaraq deyib: “Azərbaycan dövlətçiliyi üçün Qarabağ münaqişəsi ilə bağlı olmayan təhdidlər 1993-cü ildə ölkənin şimalında və cənubunda separatçı hərəkatların nəticəsi idi”.

C.Robbins ümummilli liderin rolunu vurğulayaraq deyib: “Heydər Əliyev hakimiyyətə qayıdandan sonra ölkədə sabitlik bərpa olundu”.

“Ölkədə qeyri-sabitlik aradan qaldırıldı, milli birlik təmin edildi. Azərbaycanın geosiyasi şəraitini nəzərə alsaq, bu,  sanballı uğur idi”, – deyən C.Robbins sözünü belə tamamlayıb: “Heydər Əliyevin irsi ilə Mustafa Kamal Atatürkün irsi arasında oxşar cəhətlər çoxdur. Bu dahi şəxsiyyətlərin hər ikisi öz ölkələrinə tarixin mürəkkəb dövrlərində rəhbərlik edib, əsl liderlik və dövlət idarəçiliyi nümunəsi göstəriblər. Onların idarəçilik forması eqalitar deyildi, lakin bu məsələyə Sovet imperiyasının və Osmanlı imperiyasının dağılmasından sonra yaranmış reallıqlar prizmasından yanaşmaq lazımdır. Bu liderlərin əsas vəzifəsi ölkəni siyasi və iqtisadi cəhətdən dirçəltməkdən ibarət idi, islahatlar isə ikinci dərəcəli məsələ idi. İslahatların həyata keçirilməsi həm Azərbaycanda, həm də keçmiş Sovet İttifaqı məkanındakı başqa ölkələrdə sonrakı rəhbərlərin vəzifəsi”.

Yusif BABANLI
AzərTAc-ın xüsusi müxbiri

Vaşinqton


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında