Vaşinqton təhlilçiləri ABŞ-ı Cənubi Qafqaza dair "Rusiyadan müstəqil siyasət" yeritməyə çağırırlar

ABŞ müdafiə naziri Robert Qeyts və dövlət katibi Hillari Klintonun Cənubi Qafqaza səfərləri Birləşmiş Ştatların mövqeyini ifadə etmək istiqamətində müsbət addım olsa da, Obama hakimiyyəti hələ də bu bölgəyə dair konkret siyasət irəli sürməmişdir. Cons Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz Araşdırmaları İnstitutunun sentyabrın 15-də Vaşinqtonda Cənubi Qafqaz regionu üzrə keçirdiyi müzakirələrdə çıxış edən mütəxəssislər bu fikirdədilər. ABŞ Hərbi Kollecinin professoru Stifen Blənk və baş tədqiqatçısı Svante Kornell Ağ evi Cənubi Qafqaz və Mərkəzi Asiya bölgəsinə qarşı daha diqqətli olmağa çağırmışlar.
Professor Blənk qeyd etmişdir ki, Rusiya Federasiyasının bölgədə hərbi mövcudluğunun artması istiqamətində atdığı son addımlar ABŞ tərəfindən "sükutla" qarşılanmışdır. Bunu, hətta rus təhlilçiləri də etiraf edirlər. Mütəxəssisin fikrincə, Rusiya ilə bir sıra qlobal məsələlər üzrə razılığa can atan Vaşinqton Cənubi Qafqazın kiçik dövlətlərinə bu məsələyə əngəl törədəcək bir amil kimi baxır. O, Vaşinqtonun Ermənistan-Türkiyə yaxınlaşması ilə Dağlıq Qarabağ münaqişəsinin həlli arasında əlaqəni görməməkdə siyasi səhvə yol verdiyini bildirmişdir. Ermənistan-Azərbaycan arasında atəşkəs rejiminin son zamanlar tez-tez pozulması Azərbaycanın səbr kasasının dolduğundan xəbər verir. Bu fikirlərlə razılaşan Svante Kornell atəşkəs rejiminin pozulması hallarını Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini "dondurulmuş" hesab edənlərə əks arqument kimi gətirmişdir. "Azərbaycanın artan qüdrəti, müdafiə büdcəsinin Ermənistanın dövlət büdcəsinə bərabər olması hərbi əməliyyatların başlanması ehtimalını da artırır", - deyən Kornell ATƏT-in Minsk qrupunun vasitəçilik səylərinin daha yüksək siyasi səviyyəyə qaldırılması zərurətini diqqətə çatdırmışdır. O bildirmişdir ki, ABŞ-ın bölgəyə dair addımlarında buraxdığı səhvlərə baxmayaraq, İlham Əliyev hakimiyyətinin səbrli olması nəticəsində Azərbaycan bir müttəfiq kimi itirilməmişdir.
Mütəxəssislər Obama hakimiyyətini Cənubi Qafqaz və Mərkəzi Asiyanın ABŞ maraqları üçün əhəmiyyətini bir daha nəzərdən keçirib, buradakı dövlətlərə qarşı "Rusiyadan müstəqil siyasət" yürütməyi tövsiyə etmişlər.

{nl}

Şəfəq AKİFQIZI AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında